Azərbaycanın bank sektorunun mənfəəti azalmağa başlayıb


27.06.2019 14:05
65
Azərbaycanın bank sektorunun mənfəəti azalmağa başlayıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-may aylarında 325,8 milyon manat xalis mənfəət əldə edib.


Ekspress.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, yanvar-aprel aylarının yekunları ilə müqayisədə 22,1 milyon manat azdır.


Sektor ötən ilin ilk 5 ayından isə 5,5 milyon manat xalis zərərlə çıxmışdı.


Bu ilin hesabat dövründə bankların faiz gəlirləri 803,4 milyon manat (illik müqayisədə 14,6% çox), faiz xərcləri 234,1 milyon manat (6,4% az), qeyri-faiz gəlirləri 306,4 milyon manat (48,2% çox), qeyri-faiz xərcləri 437,6 milyon manat (8,1% çox), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları 102,8 milyon manat (58,4% az), digər gəlirləri 21,4 milyon manat (15,3 dəfə çox), mənfəət vergisi ödəmələri isə 30,9 milyon manat (2,5 dəfə çox) təşkil edib (report).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND