• 6 °C Bakı
  • -2 °C Quba
  • 6 °C Gəncə
  • 6 °C Yevlax
  • 4 °C Naxçıvan

İdmançı Kamil Zeynallını polis saxlayıb, ona 10 sutka həbs verilib - Yenilənib

12.03.2019 15:08
89
İdmançı Kamil Zeynallını polis saxlayıb, ona 10 sutka həbs verilib - Yenilənib


İdmançı Kamil Zeynallıya 10 sutka həbs cəzası verilib.


Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə Kamil Zeynallının İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə təqsirləndirilməsinə dair təqdimata baxılıb.


Məhkəmə K. Zeynallı barəsində 10 sutka inzibati həbs cəzası çıxarıb.


*** 12:37


Polis idmançı Kamil Zeynallını saxlayıb.


K.Zeynallı Nərimanov Rayon Məhkəməsinə aparılıb. Məhkəmənin onun əməli ilə bağlı qərar verəcəyi gözlənilir (report).


O, İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunur.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND