Atasının qollarında can verən tələbənin qətlinin TƏFƏRRÜATLARI

13.02.2019 13:44
409
Atasının qollarında can verən tələbənin qətlinin TƏFƏRRÜATLARI

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin tələbəsi Rəşad Fətullayev qətlə yetirilib. Dəhşətli qətlin təfərrüatları ilə bağlı məlumatlar əldə edilib.


Belə ki, yaxınlarının verdiyi məlumata görə, qətlə yetirilən Rəşad Fətullayev N.Quliyev adına 9 nömrəli tam orta məktəbi bitirib. Mərhum 540 balla Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin 1-ci kurs tələbəsi imiş.


O, qış imtahanlarını verib Şirvan şəhərinə ailəsinin yanına gedib. Hadisə baş verən gün mərhum Şirvan şəhərinin Heydər Əliyev prospektində atası Rauf Fətullayevə məxsus mağazada olub. Bu zaman yaxınlıqda kirayə qalan Adıgözəlov Amil Mahir oğlu Rəşad Fətullayevi vuracağı ilə hədələyib. O isə qatilə buna inanmadığını, önu öldürə bilməyəcəyini deyib. Bu zaman qatil üzərində olan bıçaqla onu ürəyindən vurub. Ağır xəsarət alan Rəşad Fətullayev özünü yaşadığı evə çatdırsa da, atasının qucağında can verib.


Rəşadın özündən kiçik, 10-cu sinifdə oxuyan bir qardaşı da var. Həmçinin Rəşad Fətullayev “hə”si olub, yaxın zamanda nişanı olacaqmış.


Dəhşətli qətli törədən Adıgözəlov Amil Mahir oğlunun tüfeyli həyat tərzi keçirdiyi, Şirvan şəhərində fəhləlik etdiyi bildirilir.


Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən, Sabirabad rayon sakini A.Adıgözəlov Şirvan şəhər polis idarəsi əməkdaşları tərəfindən saxlanılıb.

<p><strong>Tələbə atasının gözü qarşısında öldürüldü </strong></p>

***


11:30

Bakı Dövlət Universitetinin tələbəsi Rəşad Fətullayevi qətlə yetirən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.


Verilən məlumata görə, fevralın 12-də Şirvan şəhəri ərazisindən şəhər sakini Rəşad Fətullayevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə daxil olan məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib (unikal.org). 


Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən, şəhər ərazisində kirayədə yaşayan Sabirabad rayon sakini A.Adıgözəlov saxlanılıb.


Ekspress.az

Açar sözlər: