• 12 °C Bakı
  • 8 °C Quba
  • 9 °C Gəncə
  • 4 °C Yevlax
  • 5 °C Naxçıvan

Braziliya Cənubi Amerika Millətləri İttifaqından çıxır


16.04.2019 08:59
32
Braziliya Cənubi Amerika Millətləri İttifaqından çıxır

Braziliya bazar ertəsi Cənubi Amerika Millətləri İttifaqından (CAMİ) çıxdığını elan edib.


Ekspress.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytına yerləşdirilən məlumatda deyilir.


"Braziliya hökuməti, aprelin 15-də Cənubi Amerika Millətləri İttifaqının təsis müqaviləsini ləğv edərək, təşkilatdan çıxma prosedurunu tamamlayıb. Qərar barədə xəbərdarlıq rəsmi olaraq sənədin depozitarisi olan Ekvador hökumətinə təqdim edilib", - deyə məlumatda bildirilir.

Qərar elan olunduğu tarixdən altı ay sonra qüvvəyə minəcək (report).


Bundan əvvəl Argentina Cənubi Amerika Millətləri İttifaqının gündəliyi ilə razılaşmaması və birlikdaxili böhran səbəbindən qurumun tərkibindən çıxıb. Daha əvvəl Kolumbiya, Ekvador, Paraqvay və Peru bu addımı atıb. Hazırda CAMİ-də Boliviya, Venesuela, Uruqvay, Surinam və Qayana təmsil olunmaqdadır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND