İra­qın kök­lü xal­qı - türk­mən­lər

03.10.2018 19:29
631
İra­qın kök­lü xal­qı - türk­mən­lər

Azər­bay­can­lı­la­rın ta­ri­xən məs­kun­laş­dı­ğı və dün­ya­ya ya­yıl­dı­ğı öl­kər­dən bi­ri də İraq­dır. Bu­ra­da ya­şa­yan azər­bay­can­lı­lar türk­mən ad­la­nır.


On­la­rın ümu­mi sa­yı ilə bağ­lı müx­tə­lif mə­lu­mat­lar var. 2013-cü il­də İraq Plan­laş­dır­ma Na­zir­li­yi­nin mə­lu­ma­tı­na əsa­sən bu öl­kə­də təx­mi­nən 3 mil­yon türk­mən ya­şa­yır. On­lar öl­kə əha­li­si­nin 8-9 fai­zi­ni təş­kil edir.


Türk­mən­lər bu­ra yüz il­lər ön­cə gə­lib və ha­zır­da İra­qın yer­li xalq­la­rın­dan sa­yı­lır. Azər­bay­ca­nın Di­as­por­la İş Üz­rə Döv­lət Ko­mi­tə­sin­də yer alan mə­lu­ma­ta əsa­sən an­tik coğ­ra­fi­ya­da Me­so­po­to­mi­ya ad­la­nan əra­zi VII əsr­də ərəb­lə­rin nə­za­rə­ti­nə keç­dik­dən son­ra İraq ad­lan­dı­rıl­dı. Mü­hüm geo­si­ya­si və iq­ti­sa­di möv­qe­yə ma­lik olan İraq əha­li­si­nin 91-95 fai­zi­ni mü­səl­man­lar təş­kil edir­di ki, bu­nun da 20 fai­zi türk­mən ad­lan­dı­rı­lan azər­bay­can­lı­lar­dan iba­rət olub. İraq­da ya­şa­yan soy­daş­la­rı­mız öz­lə­ri­ni və bi­zi türk­mən ad­lan­dı­rır­lar.


El­mi ədə­biy­yat­da "türk­mən" et­no­ni­mi­nin "tə­rə­kə­mə" sö­zu­nun cə­mi olan "tə­rə­kə­mun"dan mey­da­na gəl­mə­si­ni, bə­zi­lə­rin­də isə "türk­ma­nənd" bi­çi­min­də iş­lən­mə­si­nə rast gə­lə bi­lə­rik ki, bu da "tür­kə bən­zər" de­mək­dir. Ərəb mən­bə­lə­rin­də türk­mən­lə­rin Türk­mə­nis­tan, Əf­qa­nıs­tan və İran­da ya­şa­mış türk­mən tay­fa­sı ol­du­ğu qeyd edi­lir. Bu­nun­la ta­ri­xi fakt­la­rı təh­rif edən ərəb mən­bə­lə­ri kö­kün­dən ya­nı­lır­lar. "Əsl türk, ulu türk" mə­na­sı­nı ve­rən türk­mən­lər ba­rə­sin­də İs­lam En­sik­lo­pe­di­ya­sın­da de­yi­lir: "İraq türk­mən­lə­ri, yə­ni, oğuz­ca­nın azə­ri türk­cə­si­ni qo­nu­şan türk­lər".


Bə­zən türk mən­bə­lə­ri türk­mən­lə­rin os­man­lı türk­lə­ri­nin bir qo­lu ol­du­ğu ba­rə­də fi­kir söy­lə­yir­lər, ox­şar­lıq ki­mi türk­mən­lə­rin di­lin­də os­man­lı türk­lə­ri­nin lek­si­ko­nu­na məx­sus söz­lə­rin ol­ma­sı­nı gös­tə­rir­lər. Düz­dür, bu bil­gi­də bə­zi hə­qi­qət­lər var, la­kin türk­mən ya­zı di­lin­də os­man­lı türk­cə­si­nin ele­ment­lə­ri özü­nü gös­tər­mə­si­nə bax­ma­ya­raq, xalq di­li­nə olan nü­fu­zu qüv­vət­li ol­ma­yıb. Bə­zi fərq­lə­ri nə­zə­rə al­ma­saq, İraq türk­mən­lə­ri­nin ləh­cə­si Azər­bay­can di­lin­dən fərq­lən­mir. Bü­tün fakt­lar, dil, ənə­nə, mu­si­qi, folk­lor, mət­bəx, inanc və di­gər ey­ni­lik türk­mən­lə­rin məhz Azər­bay­can türk­lə­ri ol­ma­sı­nı təs­diq edir.


İraq türk­mən­lə­ri öl­kə­nin şi­ma­lın­da əsa­sən Kər­kük vi­la­yə­tin­də: Kər­kük şə­hə­ri, Tuz Xur­ma­tu, Al­tun kör­pu, Tə­zə Xur­ma­tu Da­quq, Ba­da­va, Bə­şir, Bö­yuk ha­sar, Bi­lə­və, Qa­ra bu­laq, Qı­zıl yar, İt­ti­xar, Yay­cı, Yar­vər­li, Yen­gi­cə, Ko­kuz, Cum­bəd­lər, Ley­lan, Ömər, Mən­dən, Tər­cil, Ti­sin, Tox­maq­lı, Tür­gə­lən, Çar­dax­lı kənd­lə­rin də, Kif­ri, Tə­rə­təp­pə, Əbud, Bi­rəv­cu­lu, Bos­tam­lı, Tal­xan­lu, Qa­ra­naz, Ən­bu­hə­sən, Ən­bu­sa­bah, Əmir­li, Əs­ki Kif­ri, Ye­şil tə­pə, Kəh­riz, Kin­kir­ban, Ko­tə bu­run, La­qum, Məf­tun, Pa­ra­pa­ra, Pir­vaz, Pi­rəh­məd, Səy­yad, Su­ley­man bəy, Hel Mən­zil, Uc­tə­pə, Xa­sa­da­rı, Ha­sar­lı, Hə­lə­və, Cab­bar­lı, Şir­va­nə ki­mi şə­hər və qə­sə­bə­lər­də ya­şa­yır­lar. Bun­dan baş­qa, Li­ya­lə vi­la­yə­tin­də, Şah­ra­ban, Dəl­li Ab­bas, Mən­də­li Qa­ra­ğan, Qız­lar­bat, Qı­zıl­ca, Mən­zə­riy­yə, həm­ci­nin Ər­bil, Mo­sul, Bağ­dad, Sa­mi­rə ki­mi iri şə­hər­lər­də də türk­mən­lə­rin sa­yı az de­yil.


İraq­da türk­mən­lə­rin məs­kun­laş­ma­sı era­mı­zın VII əs­ri­nə tə­sa­düf edir. İlk za­man­lar hər­bi he­yət ola­raq Bağ­dad­da xid­mət edən türk­mən­lər son­ra­dan cid­di nü­fuz qa­za­na­raq və hə­mi­şə­lik bu­ra­da qa­lıb­lar. Xü­su­si­lə də, xə­li­fə Möh­tə­sim öz ət­ra­fı­na xey­li türk­mən top­la­mış­dı. Xi­la­fə­tin Səl­cuq türk­lə­ri­nin nü­fu­zu al­tı­na keç­mə­sin­dən son­ra soy­daş­la­rı­mı­zın si­ya­si, hu­qu­qi və mə­də­ni in­ki­şa­fı dir­çəl­di. Mo­sul (1127-1228), Ər­bil (1144-1232) ata­bəy­lik­lə­ri ya­ran­dı, xü­su­si­lə, şi­mal əya­lət­lə­rin­dən İra­qa kö­çü­rü­lən türk­lə­rin və­ziy­yə­ti yax­şı­laş­dı.


Təd­ri­cən Bağ­dad və onun ət­ra­fın­da yer­lə­şən əra­zi­lər türk­mən­lə­rin nə­za­rə­ti­nə keç­di. Cə­la­yi­ri­lər, Qa­ra qo­yun­lu­lar, Ağ­qo­yun­lu­lar, Sə­fə­vi­lər döv­run­də İraq türk­mən­lə­ri bü­tün sa­hə­lər­də yük­sək döv­lət post­la­rın­da təm­sil olu­nur­du­lar. Türk mən­lə­rin elm, ədə­biy­yat, me­mar­lıq, mu­si­qi sa­hə­sin­də uğur­la­rı art­ma­ğa baş­la­dı. Azər­bay­can türk­cə­si fars və ərəb dil­lə­ri ki­mi üs­tün möv­qe qa­zan­dı. Qa­ra­qo­yun­lu­la­rın ha­ki­miy­yə­ti il­lə­rin­də türk di­li döv­lət sə­viy­yə­sin­də nü­fuz qa­zan­dıq­dan son­ra məd­rə­sə­lər­də ana di­li­miz­də təd­ri­sə baş­lan­dı.


İraq türk­mən­lə­ri Bağ­dad ət­ra­fı əra­zi­lər­də sıx-sıx məs­kun­la­şıb, bə­zi yer­lər­də say­ca ərəb­lər­dən üs­tun ol­maq­la, doğ­ma mə­də­niy­yə­ti, mu­si­qi və ədə­biy­ya­tı, ənə­nə­lə­ri təb­liğ edir­di­lər.

Bu­ra­da yer­lə­şən di­ni zi­ya­rət­gah­la­ra, ti­ca­ri məq­səd­lə İra­qa edi­lən sə­fər­lər İraq türk­mən­lə­ri üçün çox ra­hat və sər­bəst idi. Os­man­lı İm­pe­ri­ya­sı­nın qüv­vət­lən­mə­si, ye­ni əra­zi­lər əl­də et­mək id­dia­sı 1514-cü ilin məş­hur Çal­dı­ran dö­yü­şün­dən son­ra İra­qın bu döv­lə­tin nə­za­rə­ti­nə keç­mə­si­nə şə­ra­it ya­rat­dı. Şah Ab­ba­sın döv­rün­də qı­sa müd­də­tə ge­ri qay­ta­rı­lan İraq sul­tan VI Mu­rad tə­rə­fin­dən ye­ni­dən Os­man­lı İm­pe­ri­ya­sı­nın ta­be­li­yi­nə ke­çi­ril­di. Os­man­lı dö­nə­min­də İra­qa Ana­do­lu­dan türk ai­lə­lə­ri kö­çü­rül­mə­yə baş­lan­dı. XVIII əs­rin əv­vəl­lə­rin­də isə Qa­ra­bağ xa­nı Pə­na­hə­li xan bu əra­zi­dən əv­vəl­lər İra­qa kö­çü­rül­müş elat­la­rı ge­ri qay­tar­ma­ğa cəhd gös­tər­di. I dün­ya mü­ha­ri­bə­si­nə qə­dər Os­man­lı İm­pe­ri­ya­sı­nın ta­be­li­yin­də qa­lan İraq­da soy­daş­la­rı­mı­zın hü­quq­la­rı, möv­qe­yi qis­mən də ol­sa qo­ru­nur­du. 1920-ci il­də qu­ru­lan İraq hö­ku­mə­tin­də bir Kər­kük azər­bay­can­lı­sı na­zir pos­tu­na tə­yin olun­du.


1922-ci il­də İraq-Bö­yük Bri­ta­ni­ya sa­zi­şi­nin 3-cü mad­də­si­nə gö­rə, azər­bay­can­lı­lar ana di­lin­də təh­sil al­maq hü­qu­qu əl­də et­di­lər. La­kin on­la­ra ve­ri­lən hü­quq­lar son­ra­dan İraq hö­ku­mə­ti tə­rə­fin­dən ko­bud şə­kil­də po­zul­du. 1958-ci il­də İraq da res­pub­li­ka qu­rul­ma­sın­da ya­xın­dan iş­ti­rak edən türk­mən­lər ilk il­lər mü­əy­yən hü­quq­lar əl­də et­dik­dən son­ra 1959-cu ilin 1 fev­ra­lın­da Bağ­dad­da türk­mən di­lin­də ra­dio açıl­dı. 1960-cı il­də Bağ­dad­da Türk­mən Qar­daş­lıq Klu­bu (son­ra­dan Ocaq ol­du) ya­ra­dıl­dı. İraq türk­mən­lə­ri­nin ira­də­si­lə təş­kil olu­nan klub on­la­rın rəs­mi nü­ma­yən­də­li­yi ki­mi so­si­al-mə­də­ni sa­hə­də fəa­liy­yət gös­tər­mə­yə baş­la­dı.


1961-ci il­də "Qar­daş­lıq" jur­na­lı­nın nəş­rə baş­la­ma­sı klu­bun ilk mü­hüm iş­lə­rin­dən idi. İraq türk­mən­lə­ri­nin ta­ri­xi­ni, hə­yat tər­zi­ni, dün­ya gö­ru­şü­nü əks et­di­rən cur­nal 156 say­lı 1977-ci il 6 fev­ral ta­rix­li qə­rar­la BƏ­ƏS par­ti­ya­sı­nın nə­za­rə­ti­nə keç­dik­dən son­ra nü­fu­zu­nu itir­di. 1968-ci il 17 iyun in­qi­la­bın­dan son­ra İraq türk­mən­lə­ri­nə ana dil­lə­rin­də təh­sil al­maq, doğ­ma dil­də cur­nal, qə­zet nəşr et­mək, Kər­kuk te­le­vi­zi­ya və ra­dio­sun­da ve­ri­liş­lər aç­maq vəd­lə­ri ve­ril­di. La­kin BƏ­ƏS Par­ti­ya­sı ha­ki­miy­yət­də möh­kəm­lən­dik­dən son­ra 1971-ci il dən baş­la­ya­raq, "Bağ­dad­dan Kər­ku­kə­dək ha­mı ərəb­ləş­mə­li­dir" si­ya­sə­ti ye­ri­dil­mə­yə baş­lan­dı. Rəs­mi ola­raq ve­ri­lən hu­quq və vəd­lə­rin cox his­sə­si hə­ya­ta kec­mə­di. Bu­na eti­raz edən turk­mən tə­lə­bə­lər, zi­ya lı­lar cə­za­lan­dı­rıl­dı­lar. İraq turk mən­lə­ri­nin as­si­mil­ya­si­ya olun­ma­sı pro­se­si sü­rət­lən­di­ril­di. On­la­rın ma­lik ol­duq­la­rı tor­paq sa­hə­lə­ri, mülk­lər müx­tə­lif bə­ha­nə­lər­lə zor­la əl­lə­rin­dən alın­dı. Azər­bay­can­lı­lar xris­ti­an, ərəb və kürd­lər­dən fərq­li ola­raq, seç­ki­lər za­ma­nı öz na­mi­zəd­lik­lə­ri­ni irə­li sü­rə bil­məz­di­lər. Azər­bay­can di­li ərəb di­li­nin ağır tə­si­ri al­tı­na duş­du. Doğ­ma dil­də təh­sil al­maq hu­quq­la­rı­nı iti­rən soy­daş­la­rı­mı­za hər­bi, po­lis sis­te­min­də iş­lə­mək, bu yon­də təh­sil al­maq qa­da­ğan olun­du. Kər­kuk və di­gər əra­zi­lə­rin ad­la­rı ərəb­ləş­di­ril­di. Neft­lə zən­gin tor­paq­lar­da ya­şa­yan azər­bay­can­lı­lar zor­la uc­qar ərəb kənd və qə­sə­bə­lə­ri­nə kö­çü­rül­dü­lər. Azər­bay­can mək­təb­lə­ri bağ­lan­dı. Rəs­mi dai­rə­lər­də bu dil­də da­nış­maq qa­da­ğan edil­di. 7 ya­şın­dan son­ra ərəb dü­şər­gə­lə­ri­nə apa­rı­lan azər­bay­can­lı uşaq­la­ra ərəb di­li, mə­də­niy­yə­ti və ideo­lo­gi­ya­sı öy­rə­di­lir­di.


Ərəb oğ­lan­la­rı­nı azər­bay­can­lı qız­lar­la ev­lən­dir­mə­yə hə­vəs­lən­dir­mək üçün hö­ku­mət be­lə gənc­lə­rə bö­yük miq­dar­da pul vəd edir­di. Cə­nub­dan yüz­lər­lə ərəb ai­lə­si soy­daş­la­rı­mı­zın ya­şa­dıq­la­rı əra­zi­lə­rə kö­çü­rü­lə­rək ge­niş sə­la­hiy­yət və im­kan­lar qa­za­nır­dı­lar. Turk­mən­lə­rin al­qı-sat­qı hü­quq­la­rı əl­lə­rin­dən alın­dı. 1980-ci il­dən son­ra soy­daş­la­rı­mız tor­paq, ev, du­kan sa­tın ala bil­məz­di­lər. Şəx­siy­yət və­si­qə­si alar­kən türk­mən­lə­rin mil­liy­yə­ti zor­la də­yiş­di­ri­lir­di, on­lar ərəb və kürd mil­lə­tin­dən ol­duq­la­rı­nı yaz­ma­ğa va­dar edi­lir­di­lər. Döv­lət iş­lə­rin­də türk­mən­lər ca­lı­şa bil­məz­di­lər.


Soy­daş­la­rı­mı­za məx­sus ta­ri­xi mə­də­niy­yət abi­də­lə­ri da­ğı­lır­dı. Mə­sə­lən, Kər­kük­də­ki Daş kör­pu, Kər­kuk qa­la­sı uçur­dul­du. Türk­mən­lər zor­la kürd və ərəb­lə­rin çox ol­duq­la­rı böl­gə­lə­rə sür­gun edi­lir­di­lər. Ərəb böl­gə­lə­ri­nə kö­çən­lər ev əş­ya­la­rı­nı gö­tü­rə bi­lər­di­lər. La­kin kürd­lə­rin əra­zi­si­nə kö­çən­lər üst pal­tar­la­rın­dan baş­qa heç nə apa­ra bil­məz­di­lər. Bu cür haq­sız­lıq­la­ra döz­mə­yən yüz­lər­lə soy­da­şı­mız Da­ni­mar­ka, İs­veç, Tür­ki­yə və di­gər Av­ro­pa öl­kə­lə­ri­nə mü­ha­ci­rət et­mə­yə məc­bur ol­du. Nü­fuz­lu, cə­miy­yət­də möv­qe qa­za­nan türk­mən­lər həbs edi­lir, göz­dən sa­lı­nır­dı­lar.


Səd­dam Hü­sey­nin ha­ki­miy­yət il­lə­rin­də İraq­da­kı soy­daş­la­rı­mı­zın və­ziy­yə­ti da­ha da pis­ləş­di. Təz­yiq­lər yo­lu ilə türk­mən­lə­rin qon­şu ölk­lə­rə köç­mə­si­ni güc­lən­di­rən Səd­dam Hü­seyn re­ci­mi boş qa­lan əra­zi­lər­də kürd­lə­ri və ərəb­lə­ri yer­ləş­di­rir­di. Sək­kiz il­lik mü­ha­ri­bə­il­lə­rin­də qar­da­şı qar­da­şa si­lah qal­dır­ma­ğa va­dar edən İraq və İran re­cim­lə­ri­nin aman­sız, mən­fur si­ya­sə­tə­nin qur­ban­la­rı əsa­sən hər iki öl­kə­də ya­şa­yan və hər iki sən­gər­də vu­ru­şan türk­mən­lər idi. İraq türk­mən­lə­ri­nın 1990-cı ilin İraq Kons­ti­tu­si­ya­sın­da ad­la­rı be­lə çə­kil­mir. Kons­ti­tu­si­ya­da "İraq xal­qı yal­nız ərəb və kürd­lər­dən iba­rət­dir" bən­di­ni qeyd et­mək­lə in­san hü­quq­la­rı­nı ko­bud­ca­sı­na po­zan, bey­nəl­xalq hü­quq nor­ma­la­rı­nı tap­da­yan Səd­dam Hü­seyn re­ci­mi, ay­dın­dır ki, soy­daş­la­rı­mı­zı bu iki xal­qın içə­ri­sin­də "ərit­mə­yə" ça­lı­şıb. Ərəb­lər­dən son­ra İraq­da ikin­ci bö­yük xalq olan soy­daş­la­rı­mı­zın di­li, mə­də­niy­yə­ti son gün­lər­də sərt şə­kil­də sı­xış­dı­rıl­maq­da, folk­lor abi­də­lə­ri, ənə­nə­lə­ri, mət­bəx, mil­li var­lı­ğı yox edil­mək­də­dir. Soy­daş­la­rı­mı­zın küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nə çı­xı­şı yox də­rə­cə­sin­də­dir. Ha­zır­da İraq türk­mən­lə­ri öl­kə da­xi­lin­də və kə­nar­da müx­tə­lif bir­lik­lər qu­ra­raq öz so­si­al- mə­də­ni hü­quq­la­rı­nın bər­pa edil­mə­si­nə ça­lı­şır­lar. Bu sı­ra­da İraq Mil­li Azad­lıq Hə­rə­ka­tı, Şi­ma­li İraq Türk­mən Cəb­hə­si, Türk­mən Mil­li Cəb­hə­si, İraq Mil­li Türk­mən Par­ti­ya­sı, Müs­tə­qil­lər Par­ti­ya­sı, Qar­daş­lıq Oca­ğı, İraq türk­mən­lə­ri­nin Mə­də­niy­yət Dər­nə­yi, İraq Türk­mən­lə­ri­nin Mə­də­niy­yət və Yar­dım­laş­ma Dər­nə­yi, Türk­mə­nis­tan El­li Gənc­lik və Tə­lə­bə Bir­li­yi, Türk Mil­li Vəq­fi, Kər­kük Vəq­fi ki­mi qu­rum­lar var. Bu təş­ki­lat­lar İraq­da baş­la­nan hər­bi əmə­liy­yat­lar za­ma­nı bu­ra­da ya­şa­yan soy­daş­la­rı­mı­zın zə­rər gör­mə­mə­si və ta­ri­xi abi­də­lə­ri­mi­zin qo­run­ma­sı üçün mü­əy­yən iş­lər gör­müş­dür. İraq­da 1400 il­lik ta­ri­xə ma­lik olan türk­mən­lər - azər­bay­can­lı­lar ta­ri­xin müx­tə­lif dövr­lə­rin­də bü­tün çə­tin­lik­lə­rə bax­ma­ya­raq, öz kim­lik­lə­ri­ni, mə­nə­viy­ya­tı­nı, ana di­li­ni unut­ma­mış, ulu ba­ba­lar­dan qa­lan, mi­sil­siz də­yə­rə ma­lik ənə­nə­lə­ri nə­sil­dən-nə­si­lə ötu­rə­rək bu gü­nü­mü­zə çat­dır­mış­lar.

 

Va­sif CƏ­FƏ­ROV

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND