“Formula 1” Azərbaycan Qran-prisinə həsr olunmuş poçt markası buraxılıb

25.04.2019 13:29
114
“Formula 1” Azərbaycan Qran-prisinə həsr olunmuş poçt markası buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC sabahdan başlayaraq aprelin 28-nə qədər Bakıda keçiriləcək “Formula 1 Azerbaijan Grand Prix” adlı poçt markasını dövriyyəyə buraxıb.


Nazirlikdən Ekspress.az -a verilən məlumata görə, Rəssamı Vüqar Eyyubov olan, bir markadan ibarət blok və 8 markadan ibarət suvenir vərəq şəklində buraxılmış marka Fransanın “Cartor Security Printing” nəşriyyatında çap olunub.


Qeyd edək ki, blokun və suvenir vərəqin tirajı ayrı-ayrılıqda 10 000 ədəd təşkil edir.



Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND