BƏƏ-də limanda güclü partlayışlar olub, 7 neft tankeri yanıb

12.05.2019 13:25
47
BƏƏ-də limanda güclü partlayışlar olub, 7 neft tankeri yanıb


Bu gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fuceyra limanında bir neçə güclü partlayış baş verib, ən azı 7 tankerdə yanğın başlayıb.


Bu barədə "al-Mayadeen" telekanalı yerli mənbələrə istinadən məlumat yayıb.


Partlayışlar yerli vaxtla saat 4.00-7.00 aralığında ardıcıl baş verib, daha sonra tankerlərdə yanğın başlayıb (ONA).


Partlayışın səbəbi hələ müəyyənləşdirilməyib. Şahidlər liman üzərində ABŞ və Fransa hərbi təyyarələrinin uçduğunu bildiriblər.


Ekspress. az

  • SON XƏBƏR
  • TREND