Minsk-2019: Azərbaycan güləşçiləri 1/4 finala yüksəliblər

27.06.2019 13:38
85
Minsk-2019: Azərbaycan güləşçiləri 1/4 finala yüksəliblər

Belarusun paytaxtı Minskdə II Avropa Oyunlarında güləş yarışlarının üçüncü günü başlayıb.


Bu gün qadın güləşçilər 4 çəki dərəcəsində güclərini yoxlayırlar.


Azərbaycan yığmasının 4 üzvü xalça üzərinə çıxacaq. Onlardan üçü yarışa 1/8 finaldan başlayıb (APA).


57 kq kq çəki dərəcəsində mübarizə aparan Alyona Kolesnik macarıstanlı Ramona Qalambosu 10:0 hesabı ilə məğlub edib. O, 1/4 finalda Mimi Xristova ilə görüşəcək. Qarşılaşma Bakı vaxtı ilə 14:20-də start götürəcək.


Elmira Qəmbərova (62 kq) Luzi Manke (Almaniya) ilə qarşılaşıb. 4:0 hesabı ilə qələbə qazanan güləşçimiz 1/4 finala çıxıb. Saat 14:40-da başlayacaq görüşdə onun rəqibi polşalı Katarjina Madrovska olacaq.


Səbirə Əliyeva (76 kq) Aykaterinierini Pitsiava (Yunanıstan) ilə üz-üzə gəlib. 9:0 hesabı ilə qalib gələn güləşçimiz 1/4 finala vəsiqə qazanıb. O, saat 14:50-də başlayacaq mərhələdə rəqibi polşalı Darya Osoçka ilə münasibətlərini aydınlaşdıracaq.


Komandamızın lideri Mariya Stadnikin (50 kq) ilk rəqibi də müəyyənləşib. 1/8 final mərhələsindən azad olan təmsilçimizin rəqibi Liuzzi (İtaliya) - Anna Lukasiak (Polşa) cütündə bəlli olub. 8:0 hesablı qələbə qazanan polşalı M.Stadniklə üz-üzə gələcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 14:10-da başlayacaq.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND