Mayk Pompeo Moskvaya səfərini ləğv edib


13.05.2019 09:00
89
Mayk Pompeo Moskvaya səfərini ləğv edib

Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo Moskvaya səfərini ləğv edib.


Ekspress.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin başçısı Rusiya paytaxtına gəlməyəcək. Bununla belə o, əvvəlki kimi Soçidə Rusiya lideri Vladimir Putinlə görüş keçirməyi planlaşdırır.


Qeyd edək ki, Pompeo bu gün Brüsselə yola düşməyə qərar verib. Pompeo Avropa liderləri ilə İrandakı vəziyyəti müzakirə edəcək.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND