Belçikada azərbaycanlılar Novruz bayramını qeyd edib

24.03.2019 19:59
63
Belçikada azərbaycanlılar Novruz bayramını qeyd edib

Belçikanın Ham şəhərində Belçika - Azərbaycan Dostluq Cəmiyyəti və Ham bələdiyyəsi tərəfindən ənənəvi Novruz şənliyi təşkil olunub.


Еədbirdə şəhər bələdiyyəsinin üzvləri, Flamand regionu ictimaiyyətinin nümayəndələri, yerli KİV təmsilçiləri, Azərbaycan diasporunun üzvləri, Azərbaycanın Belçikadakı səfirliyinin nümayəndələri iştirak ediblər.


Tədbir zamanı Ham şəhəri merinin müavini Marc Heselmans, Belçika - Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi və səfirliyin nümayəndəsi çıxış edərək baharın gəlişinin rəmzi olmaqla bərabər, dostluq, barışıq və sülh aşılıyan bu bayramın qeyd edilməsinin xalqlar arasında qarşılıqlı anlaşmaya töhfə verdiyini vurğulayıb, Ham şəhərində bu bayramın qeyd edilməsi ənənəsinin əhəmiyyətini yüksək qiymətləndirib, onun davam etdirilməsinin vacibliyini qeyd ediblər.


2009-cu ildən bəri YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Novruzun Azərbaycan mədəniyyətində tutduğu yer haqda iştirakçılara geniş məlumat verilib. Habelə, bir neçə il öncə Ham şəhərinin mərkəzi meydanında ucaldılmış “Qarabağ atı” abidəsinin Azərbaycan və Belçika arasında sıx dostluq əlaqələrinin rəmzi olduğu vurğulanıb.


Sonra Azərbaycanın bayram adət-ənənələri haqda videoçarx nümayiş etdirilib, milli şirniyyat və mətbəx nümunələrindən ibarət bayram süfrəsi açılıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND