Goranboyda dəhşətli qəza - 2 nəfər yanaraq öldü + FOTO

22.03.2019 13:01
152
Goranboyda dəhşətli qəza - 2 nəfər yanaraq öldü + FOTO


Goranboyda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Ekspress.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Hərəkətdə olan minik avtomobilinin idarəetmədən çıxaraq arxadan “Mercedes” markalı yük avtomobilinə çırpılması nəticəsində yanğın baş verib.

 

Hadisə zamanı minik avtomobilində olan iki nəfər yanaraq ölüb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND