Neymar "Barselona"ya qayıtmağa yaxındır

18.06.2019 15:44
160
Neymar "Barselona"ya qayıtmağa yaxındır

Fransanın "PSJ" klubunun braziliyalı hücumçusu Neymar keçmiş klubu "Barselona"ya qayıtmağa yaxındır.


"Globo Esporte"nin verdiyi məlumata görə, "Barselona" futbolçunu kluba qaytarmaq üçün Samuel Umtiti, İvan Rakitiç və Usman Dembele kimi oyunçuları razılaşmaya daxil etməklə 100 milyon avro ödəməyə hazırdır.


Xatırladaq ki, Neymar "PSJ"yə 2017-ci ildə 222 milyon avroya keçib (trend). Hücumçunun Fransa klubu ilə razılaşması 2022-ci ilin yay mövsümündə bitir.


Ekspress.az