Gürcüstanın baş naziri istefa verib


02.09.2019 12:25
47
Gürcüstanın baş naziri istefa verib

Gürcüstanın baş naziri Mamuka Baxtadze istefa verib.


Ekspress.az xəbər verir ki, bu barədə hökumət başçısı özü məlumat yayıb.


Qeyd edək ki, ötən gün hakim Gürcü Arzusu Partiyasının qərargahında hökumət dəyişiklikləri ilə bağlı müzakirə aparılıb.


Yayılan qeyri-rəsmi məlumatlara əsasən, M.Baxtadzeni hazırkı daxili işlər naziri Giorgi Qaxaria əvəzləyəcək. Hakim partiyanın siyasi katibi İrakli Qaribaşvili isə daxili işlər naziri təyin olunacaq. (report)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND