Qırğızıstan Türkiyəyə nota verdi

07.06.2019 13:20
129
Qırğızıstan Türkiyəyə nota verdi

Türkiyənin Bişkekdəki səfiri Çingiz Fırat Qırğızıstan Xarici İşlər Nazirliyinə çağırılıb. 


“Haber 7” xəbər verir ki, səfirin XİN-ə çağırılmasına səbəb onun qırğızlarla ahıska türklərinin dalaşdığı Orok kəndinə getməsi olub. 


Səfirə Qırğızıstanın daxili işlərinə qarışmaması və qanunlara hörmət etməsinin vacibliyi bildirilib və nota təqdim edilib. 


Məlumat üçün bildirək ki, iyunun 5-də baş verən dava zamanı üç nəfər ölüb, iki nəfər yaralanıb, 32 nəfər saxlanılıb, 15 evə və bir kluba zərər dəyib (oxu.az). 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND