• 25 °C Bakı
  • 21 °C Quba
  • 27 °C Gəncə
  • 27 °C Yevlax
  • 29 °C Naxçıvan

Qızılağac körfəzinin ekoloji vəziyyəti pisləşib - Rəsmi

24.04.2019 18:01
100
Qızılağac körfəzinin ekoloji vəziyyəti pisləşib - Rəsmi

Xəzər dənizinin Qızılağac körfəzində aparılan çöl tədqiqat işlərinin nəticələri açıqlanıb.


AMEA Coğrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, antropogen təsirlər nəticəsində Kiçik Qızılağac körfəzinin ekoloji vəziyyətinin çox pis hala düşdüyü məlum olub. Sahil zonaları plastik və digər tullantılarla zibilləndirilib. Dəniz səviyyəsinin aşağı düşməsi nəticəsində sahil xətti 100-200 m məsafədə formalaşıb.


Qızılağac körfəzi ərazisində havanın çoxillik temperaturu (1991-2016-cı illər üçün) (14,8 dərəcə) normadan (1961-1990-cı illər) (14,1 dərəcə) 0,7 dərəcə çoxdur. Ərazidə yağıntıların artması müşahidə edilir.


Belə ki, norma 1067 olduğu halda 1991-2016-cı illərdə atmosfer çöküntülərinin orta illik göstəricisi normadan (1115 mm) çox müşahıdə edilib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND