Rus qadın Türkiyədə bələdiyyə başqanlığına namizəd olacaq

08.01.2019 18:08
97
Rus qadın Türkiyədə bələdiyyə başqanlığına namizəd olacaq

Türkiyənin Antalya bölgəsinin Alanya rayonunda ilk dəfə əcnəbi şəxs bələdiyyə başqanı olmaq niyyətindədir.


Ekspress.az Türkiyənin "yenialanya.com" saytına istinadla xəbər verir ki, Alanyada 2013-cü ildən bu yana "Discover Turkey" adlı dərgini yayınlayan Anastasia Petrova Çetinkaya bitərəf olaraq Alanya bələdiyyə başqanlığına namizədliyini açıqlayıb. Jurnalist Ayhan Çetinkaya ilə evli olan və Türk vətəndaşlığını əldə edən rus Anastasia Petrova Çetinkaya namizədliyini sabah keçirəcəyi mətbuat konfransında bəyan edəcək.


Qeyd edək ki, Anastasia 1981-ci ildə Rusiya Federasiyasının Murmansk şəhərində doğulub. Oslo və Murmansk dövlət üniversitetlərini bitirib. 2013-cü ildən bu yana Alanyada xarici dillərdə dərc olunan "Discover Turkey" adlı dərgini yayınlayır.


Xatırladaq ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND