Anarın anası: "Gəlinim oğlumun üstünə xlor atdı, maşınının şüşəsini daşladı"


01.05.2019 21:22
501
Anarın anası: "Gəlinim oğlumun üstünə xlor atdı, maşınının şüşəsini daşladı"

İki gündür ölkə gündəmini zəbt edən məşhur cütlük prodüser Anar Mədətov və Elnurə Mədətovanın ayrılma xəbərləri haqqında məlumatlar səngimək bilmir.


Ekspress.az xəbər verir ki, cütlüyün ayrılması Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişində müzakirə edilib.


Belə ki, verilişdə ekspert kimi iştirak edən Anar Mədətovun anası Mahirə Mədətova bildirib ki, o ailə çoxdan dağılıb.


"Əgər mən 20 ildir ki, oğlumun evinə getmirəmsə ailədən söhbət gedə bilməz. Mənim adımdan elə sözlər çıxırdı ki dəhşətə gəlirdim. Bir xanımın və ailəsinin nə qədər borcu olar. Bütün borclar Anarın boynuna idi. Oğlum 60 minə maşın satır. Pulu evə gətirir. Səhər pulu yoxa çıxırdı. Pul hara gedə bilər? Rayondan gəldin. Villan, maşının, iki övladın var. Mahiri mən böyütmüşəm. Oğlumgil 10 ildir ki, ailə kimi yaşamır. Bu qız ancaq qardaşının problemlərindən danışırdı. Oğlumun evi Zaqataladakı qohumlarının yataqxanasına çevirmişdi. Siz ayrıldınız. Oğlum hər şeyi o qadına qoyub. Anar sonuncu dəfə maşına minəndə üstünə xlor töküb, şüşəsinə daş atıb. Biz əvvəl deyirdi ki, iki balana görə hər şeyi sənə buraxaq. Mən bu gündən qənaətə gəldim ki, oğlumun qazancını kimsə niyə yeməlidir. Hazırda Mahirin pulunu yeyirlər. Oğlum onu ac- susuz qoymayıb. Uşaqların biri İtaliyada oxuyur. Digəri isə hamı tərəfindən tanınır. Onun oğlunu yaş yarımdan mən saxlamışam. Artıq oğlum dedi ki, uşaqlarımı böyütdüm. Mən də qabağıma bir stəkan çay qoyan həyat yoldaşı istəyirəm. Qadın ağa deyil. O, hansı vəzifənin sahibidirsə bir kişinin həyat yoldaşıdır. Mahir hazırda soyadını dəyişir. O Mədətov kimi tanınıb. Mahir çox tərbiyəli uşaqdır. Mədətov soyadından çox istifadə etdiniz. Bu gün Mədətov soyadını bəyənmirsiniz. Elnurə oğlumun maşınına həbs qoydurub. Burdan nazirimizə müraciət edirəm. Anarla Elnurənin 2 məhkəməsi olub. Hər ikisi boşanmağa razıdır. Sadəcə, rəsmi boşanmadan xınayaxdının olması bizdən asılı olmadı. Qız evi dedi ki, babamızın vəziyyəti ağırdır. Ona görə razılıq verdik. Ümumiyyətlə, heç bir toy olmayacaq" (big.az).


Aparıcı Xoşqədəm Hidayətqızı bildirib ki, ailələrin dağılmasının əleyhinədir: "Əgər o ailədə bacarıqlı uşaqlar varsa onlar dövlət və millət üçün yaralıdırsa mən artıq düşünürəm. Kaş əvvəldən bilərdim. Bəlkə də bacı kimi gedib o ailənin dağılmasına mane olardım".


Ekspress.az

"Gəlinim oğlumun üstünə xlor atdı, maşınının şüşəsini daşladı..." - Anarın anasından ŞOK SÖZLƏR

Açar sözlər: