Türk polisi şəhid oldu - SON DƏQİQƏ

18.12.2018 00:00
335
Türk polisi şəhid oldu - SON DƏQİQƏ

Dekabrın 17-də Diyarbəkirin Hani rayonunda PKK terrorçularının təşkil etdiyi xain hücumda bir polis məmuru şəhid oldub, bir polis məmuru isə yaralanıb.


Ekspress.az Türkiyənin “Hürriyet” nəşrinə istinadən xəbər verir ki, Diyarbəkirin Hani rayonunda təqib edilən terrorçuların atəş açması nəticəsində yaralanan 2 polis hadisə yerindən helikopterlə Diyarbəkir Səlahəddin Əyyubi Dövlət Xəstəxanasına gətirilib. Ancaq həkimlərin müdaxiləsinə baxmayaraq, polislərdən biri - Nazım Tuncer axşam saatlarında şəhid olub.


Xəstəxanada müalicə altına alınan digər polis məmurunun vəziyyətinin yaxşı olduğu bildirilir.


İki uşaq atası olan Tuncer məmləkəti Uşakda dəfn ediləcək.

 

Allah rəhmət eləsin!

 

Ekspress.az

Açar sözlər: