Azərbaycan dövlətinin xarici borcu 5 faiz azalıb

14.03.2019 16:22
137
Azərbaycan dövlətinin xarici borcu 5 faiz azalıb

Azərbaycanın xarici dövlət borcu 8,927 milyard ABŞ dollarıdır (15,176 milyard manat).


Maliyyə Nazirliyinin yanvarın 1-nə olan məlumatına əsasən bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5% azdır.


2018-ci ildə xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti isə 22,8%-dən 19%-ə düşüb.


Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND