Boksçular arasında Azərbaycan çempionatının final mərhələsi başlayır

01.12.2018 14:57
36
Boksçular arasında Azərbaycan çempionatının final mərhələsi başlayır

Bu gün kişi boksçular arasında Azərbaycan çempionatının final mərhələsinə start veriləcək.


Ekspress.az AZƏRTAC-a istinadən xəbər verir ki, qızıl medal uğrunda yarışda gün ərzində 10 döyüş baş tutacaq.

Olimpiya Oyunlarının gümüş mükafatçısı Lorenzo Sotomayor istisna olmaqla yığmamızın bütün üzvləri final mərhələsində güclərini sınayacaqlar.


L.Sotomayor yarımfinalda Elnur Süleymanova məğlub olub.


Azərbaycan çempionatında 28 komandadan 138 idmançı mübarizə aparıb.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND