Daha iki çəkinin qalibi bəllidir

30.11.2018 10:06
38
Daha iki çəkinin qalibi bəllidir

 İki gün öncə Ağır Atletika Akademiyasının Şüvəlan qəsəbəsindəki idman zalında kişi və qadınlar arasında startı verilən ağır atletika üzrə ölkə çempionatı davam edir. Yarışların ikinci günü kişilər mübarizəə qatılıb və iki çəki dərəcəsində ən güclü atlet müəyyənləşib. 67 kq çəkidə Məhəhəm Məmmədli iki hərəkətin cəmində 267 (116+151) kq ağarlığı ram etməklə hamıdan güclü olduğunu sübut edib. 73 kq-da isə 291 (132+159) kq nəticəylə Paşa İbrahimli hamını geridə qoyub. Xatırladaq ki, yarışların birinci günü zərif cinsdən olan atletlər meydana çıxıblar. İştirakçıların sayı az olduğundan (cəmi 12 nəfər) çempionu Sinkleyer şkalası üzrə müəyyən ediblər. Belədə qalib adını 18 yaşlı gənc atlet Səbinə Əzimova qazanıb. İki hərəkətin cəmində 172 (75+97) kq (253.29 xal) ağırlığı ram edən Səbinə hətta dünya və 3 qat Avropa çempionu Boyanka Kostovanı geridə qoyub. Qeyd edək ki, dopinq qəbuluna görə ikiillik cəzadan sonra yenidən khrpücük üzərinə çıxan Boyanka 171 (78+93) kq (233.29 xal) nəticə ilə yalnız 2-ci olub. Zəriflərin yarışında 3-cü yeri isə 264 (72+92) kq (213.11 xal) nəticəylə Firuzə İbrahimova tutub.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND