• 8 °C Bakı
  • -2 °C Quba
  • 6 °C Gəncə
  • 6 °C Yevlax
  • 3 °C Naxçıvan

"Tibb işçiləri qanuni şəkildə gəlir əldə etmək imkanı əldə edəcəklər” - deputat

15.03.2019 17:19
41
"Tibb işçiləri qanuni şəkildə gəlir əldə etmək imkanı əldə edəcəklər” - deputat


“2020-ci ildən bütün Azərbaycan ərazisində icbari tibbi sığorta sistemi tətbiq olunacaq. Bununla da qanunsuz ödənişlərin qarşısı alınacaq. Tibb işçiləri qanuni şəkildə gəlir əldə etmək imkanı əldə edəcəklər”.

 

Ekspress.az xəbər verir ki, bunu deputat Rəşad Mahmudov Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2018-ci il hesabatının müzakirəsi zamanı deyib.

 

Onun sözlərinə görə, səhiyyəyə dövlət maliyyəsi artırılmalıdır.

 

Azərbaycanda lazımi tibbi xidmət göstərmək üçün bütün imkanların olduğunu deyən deputat söyləyib ki, son illər 700-dən çox texnika ilə təmin edilən xəstəxanalar məhsuldarlığın artırılmasına imkanlar yaradır.

“Bütün bunlarla yanaşı tibbi xidmətin əlçatanlığı, xidmətin keyfiyyətinin artırılması vacibdir”.

 

R. Mahmudov qeyd edib ki, görülən işlərlə yanaşı, xəstəxanaların keyfiyyət statusuna görə akkreditasiyadan keçirilməsi, standartların, ixtisaslaşmış tibb personallarının akkreditasiya qaydalarının hazırlanması, ailə həkiminin funksionallığı, “Əhalinin sağlamlığı” haqqında qanununa əlavələr edilməsi mühüm məsələlərdən biridir:

 

“Qida təhlükəsizliyi ilə əlaqədar qısa müddətdə görülən işlər gələcəkdə daha sağlam gələcəyin formaslaşmasında mühüm xidmət olacaq. İcbari tibbi sığorta daha geniş şəkildə tətbiq edilməlidir”.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND