"İndi toyların kurasiyası xanımların əlindədir"

04.07.2019 19:07
134
"İndi toyların kurasiyası xanımların əlindədir"
Cəmi 1 il toya getməsəm, yığdığımı yeyərəm. O qədər çox pul yığmamışam. Mən 3-4 minə toya getmişəm, 10-15 adam aparmışam. Bir toydan mənə 500-700 manat qalır. Başqaları kimi 10 minə toya getsəydim, ömürboyu oturub yeyərdim.

Ekspress.az bildirir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "5/5" verilişində deyib. Müğənni Rusiya toylarına getməməsinin səbəbini açıqlayıb:


"Çox biznesmenin toyuna getmişəm. Tək Moskva yox, Bakıda da imkanlı adamlar var ki, məclisində məni görmək istəyib. Elə olub ki, gətirib bir paçka pul verib, qaytarmışam. Pul adamı sındırar, əyər. Boynun qıldan incə olar.


Rusiya toylarından məni heç kim uzaqlaşdırmayıb. Yenə də gəlir təkliflər... Əvvəl başqa adam baxırdı bu işə, sonra başqasına tapşırdı (axşam.az). O da Bakıdan adam tapdı, baha danışıb, müğənnini ucuz gətirdi. Şou-biznesdə "maklerlik" edirlər. İndi toyların kurasiyası xanımların əlindədir".


Ekspress.az

Açar sözlər: