İstanbulda 400 afterşok: “Böyük zəlzələ” gəlir?

30.09.2019 16:00
55
İstanbulda 400 afterşok: “Böyük zəlzələ” gəlir?

Ötən gecə Türkiyənin İstanbul şəhərində 10 afterşok qeydə alınıb.


Ekspress.az xəbər verir ki, bu barədə Qəndilli Rəsədxanasından informasiya yayılıb.

Məlumata əsasən, ötən həftə baş verən 5.8 bal gücündə zəlzələdən sonra seysmik aktivliyin müşahidə olunduğu bölgədə ən azı 400 afterşok qeydə alınıb.


“5.8 ballıq zəlzələdən sonra afterşokların olması təbiidir. Zənnimcə, 2 baldan artıq 400-ə yaxın zəlzələ olub və bunların da bəziləri 4, hətta 5 bala qədər arta bilər. Vətəndaşlarımız bunlar baş verdiyi zaman dərhal “böyük zəlzələ gəlir” fikrinə düşməməlidir. Çünki afterşoklar bir neçə həftə, hətta bir aya qədər davam edə bilər. İndidən bunları bilməkdə fayda var. Ancaq hazırda zəlzələ “bu gün, bu saatda olacaq” tipli şayiələrə inanmamaqda fayda var”, - zəlzələ mütəxəssisi, türk alim Şükrü Ərsoy bildirib. (axar)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND