• 6 °C Bakı
  • 2 °C Quba
  • 9 °C Gəncə
  • 7 °C Yevlax
  • 5 °C Naxçıvan

2019-cu ildə də əhalinin real gəlirlərində artım müşahidə edilir

15.03.2019 22:08
41
2019-cu ildə də əhalinin real gəlirlərində artım müşahidə edilir

2019-cu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 7 milyard 620 milyon manat təşkil edib. Bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 5,1% çoxdur.


Yanvar-fevral aylarında Azərbaycanda orta illik inflyasiya 1,9% təşkil edib.


Statistik məlumatlara görə, cari ilin yanvar-fevral aylarında əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 4,2% - 772,2 manatadək artıb.


Bu dövrdə bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 6 milyard 952 milyon manat qalır ki, bu da 2018-ci ilin yanvar-fevral aylarının göstəricisindən 5,2% çoxdur.


2018-ci ildə əhalinin nominal pul gəlirləri 9,2% artıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND