Avropa Parlamentinə yeni sədr seçildi - YENİLƏNİB

03.07.2019 16:16
48
Avropa Parlamentinə yeni sədr seçildi - YENİLƏNİB

Avropa Parlamenti sədrinin seçilməsi üçün keçirilən ikinci tur başa çatıb.


Ekspress.az -ın məlumatına görə, sədr postuna italiyalı David-Mariya Sassoli seçilib. Onun lehinə Avropa Parlamentinin 345 deputatı səs verib.


X X X


Avropa Parlamentinin sədri seçkilərində dörd namizəddən heç biri mütləq səs çoxluğu yığa bilməyib.


Ekspress.az xəbər verir ki, italiyalı namizəd David Sassoli 325 səs toplayıb ki, bu da tələb olunan 50 faiz+1 həddindən azdır.


Digər namizədlər arasında çexiyalı Yan Zaqradil 162, almaniyalı Ska Keller 133 və ispaniyalı Sira Reqo 42 səs toplayıb (unikal.org).


Ümumilikdə səsvermədə 662 deputat iştirak edib.


Parlament sədrinin seçilməsi üçün ikinci tur elan edilib.


Ekspress.az


  • SON XƏBƏR
  • TREND