• 24 °C Bakı
  • 22 °C Quba
  • 25 °C Gəncə
  • 23 °C Yevlax
  • 24 °C Naxçıvan

Lob­bi­çi­lik qa­nun­la mü­əy­yən­ləş­di­ril­miş öl­çü­lər çər­çi­və­sin­də

21.11.2018 19:11
464
Lob­bi­çi­lik qa­nun­la mü­əy­yən­ləş­di­ril­miş öl­çü­lər çər­çi­və­sin­də

Dün­ya azər­bay­can­lı­la­rı­nın bir­li­yi, lob­bi­çi­lik, həm­rəy­lik məf­hum­la­rı ulu ön­dər Hey­dər Əli­yev ikin­ci də­fə ha­ki­miy­yə­tə gəl­dik­dən son­ra döv­lət si­ya­sə­tin­də xü­su­si yer tut­ma­ğa baş­la­yıb. O, çox gö­zəl ba­şa dü­şür­dü ki, Azər­bay­ca­nın haqq sə­si­nin dün­ya­ya çat­dı­rıl­ma­sın­da yal­nız rəs­mi dip­lo­ma­tik üsul­lar­la ki­fa­yət­lən­mək müm­kün de­yil. Bu ba­xım­dan xa­ri­ci öl­kə­lə­rə sə­fər­lə­rin­də və­tən­dən kə­nar­da ya­şa­yan soy­daş­la­rı­mız­la gö­rü­şə­rək on­la­ra di­as­por və lob­bi­çi­lik işin­də dəs­tək ver­mə­yə baş­la­dı.

2003-cü il­də pre­zi­dent se­çi­lən İl­ham Əli­yev də di­as­por və lob­bi­çi­lik məs­lə­si­nə xü­su­si önəm ver­di. Be­lə ki, xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın təş­ki­lat­lan­ma­sı, on­la­rın va­hid ide­ya ət­ra­fın­da bir­ləş­di­ril­mə­si si­ya­sə­ti­ni mü­vəf­fə­qiy­yət­lə da­vam et­dir­di.


Öl­kə baş­çı­sı Dün­ya Azər­bay­can­lı­la­rı­nın IV Qu­rul­ta­yın­da di­as­por rəh­bər­lə­ri qar­şı­sın­da növ­bə­ti qu­rul­ta­ya qə­dər bu tə­ləb­lə­ri qoy­du:

- Xa­ric­də ya­şa­yan Azər­bay­can­lı­lar və­tən­lə­ri ilə əla­qə­ni kəs­mə­sin­lər və da­im bu­ra ilə tə­mas­da ol­sun­lar.

- Xa­ric­də­ki azər­bay­can­lı­la ya­şa­dıq­la­rı öl­kə­lər­də da­ha da bö­yük möv­qe­lə­rə na­il ola bil­sin­lər. O, öl­kə­lə­rin ic­ti­mai, si­ya­si, iq­ti­sa­di hə­ya­tın­da da­ha da fə­al rol oy­na­sın­lar, çün­ki müx­tə­lif döv­lət və qa­nun­ve­ri­ci­lik or­qan­la­rın­da la­zı­mi sə­viy­yə­də təm­sil olun­mur­lar.

- Xa­ric­də ya­şa­yan azər­bay­can­lı iş adam­la­rı Azər­bay­ca­na sər­ma­yə qoy­sun­lar.

- Xa­ric­də­ki azər­bay­can­lı­lar bu sə­fir­lik­lər, nü­ma­yən­də­lik­lər di­as­por təş­ki­lat­la­rı ilə da­im əla­qə sax­la­ma­lı­dır­lar.

- Azər­bay­can di­as­por təş­ki­lat­la­rı xa­ri­ci me­dia qu­rum­la­rı ilə la­zı­mi sə­viy­yə­də iş qur­ma­lı və bu is­ti­qa­mət­də işi­ni da­ha da tək­mil­ləş­dir­mə­li­dir.

- Xa­ric­də­ki azər­bay­can­lı­lar ya­şa­dıq­la­rı öl­kə­lə­rin dill­lə­rin­də sayt­lar ya­rat­ma­lı və o sayt­lar­da Azər­bay­can na­mi­nə ma­te­ri­al­la­rı ve­ril­mə­li, Azər­bay­can hə­qi­qət­lə­ri ora­da gös­tə­ril­mə­li­dir. Azər­bay­can di­lin­də və xa­ri­ci dil­lər­də qə­zet­lər dərc edil­mə­li­dir ki, azər­bay­can­lı­lar, on­la­rın öv­lad­la­rı oxu­sun­lar, Ana di­li­ni bil­sin­lər, həm də o öl­kə­lə­rin ic­ti­ma­iy­yə­ti oxu­sun.


Eks­pert­lə­rin fik­rin­cə, lob­bi­çi­lik əsa­sən ha­ki­miy­yə­tə müx­tə­lif üsul­lar­la tə­sir et­mək­lə iq­ti­sa­di, si­ya­si ma­raq­la­rın tə­min olun­ma­sı üçün əl­ve­riş­li hü­qu­qi zə­min ya­rat­maq, ya­xud döv­lət si­ya­sə­ti­ni is­ti­qa­mət­lən­dir­mək­məq­sə­di da­şı­yan fəa­liy­yət­dir. Bu ba­xım­dan da lob­biz­mə mü­na­si­bət zid­diy­yət­li­dir. Mə­sə­lən, bir çox öl­kə­lər­də qa­nun­ve­ri­ci or­qan­lar­da və si­ya­si kur­su mü­əy­yən edən struk­tur­lar­da ça­lı­şan si­ya­sət­çi­lə­rə açıq və giz­li yol­lar­la tə­sir gös­tər­mək cəhd­lə­ri da­im baş ve­rir. Bun­dan baş­qa, lob­bi­çi­lik fəa­liy­yə­ti­nə Qərb­də çox müx­tə­lif ya­naş­ma­lar möv­cud­dur və onu çox za­man kor­rup­si­ya ilə mü­qa­yi­sə edir­lər. Lob­bi­çi­lik və kor­rup­si­ya ara­sın­da­kı əsas fərq ki­mi so­nun­cu­nun qey­ri-le­qal ol­ma­sı gös­tə­ri­lir.


O da qeyd olu­nur ki, lob­bi­çi­lik heç də möv­cud ol­du­ğu bü­tün öl­kə­lər­də le­qal­laş­dı­rıl­ma­yıb. Bir sı­ra Av­ro­pa döv­lət­lə­rin­də lob­bi­çi­li­yin ge­niş ya­yıl­ma­sı­na bax­ma­ya­raq, bu fəa­liy­yə­ti ni­zam­la­yan, lob­bi təş­ki­lat­la­rı­nın qey­diy­ya­ta alın­ma­sı­nı zə­ru­ri edən hü­qu­qi nor­ma­lar mü­əy­yən­ləş­di­ril­mə­yib. Lob­biz­mi dəs­tək­lə­yən­lər he­sab edir­lər ki, kor­rup­si­ya əsa­sən, qa­nu­nun ali­li­yi­nin tə­min olun­ma­dı­ğı, ge­ri­də qal­mış öl­kə­lər­də özü­nü gös­tə­rir. Lob­bi­çi­lik isə da­ha si­vil cə­miy­yət­lə­rə xas olub, le­gi­tim xa­rak­ter da­şı­yır (new­ti­mes.az).


Xa­tır­la­daq ki, ABŞ-da "lob­bi­çi­lik" qa­nun­la mü­əy­yən­ləş­di­ril­miş öl­çü­lər çər­çi­və­sin­də fəa­liy­yət gös­tə­rir və bu fəa­liy­yə­ti tən­zim­lə­mək üçün 1946-cı il­də Fe­de­ral Lob­bi qa­nu­nu qə­bul edi­lib. Hə­min qa­nun­da lob­bi­çi­nin kim ol­du­ğu mü­əy­yən­ləş­di­ri­lir və onun ma­liy­yə im­kan­la­rı nə­za­rət al­tı­na alı­nır­dı. Qa­nun­da de­yi­lir ki, Ame­ri­ka Konq­re­sin­də­ki qa­nun­la­ra tə­sir et­mə­yə və ya mü­va­fiq qa­nun çıx­ma­sı­na ça­lı­şan, bu­nun üçün bir­ba­şa və ya do­la­yı yol­la pul və di­gər qiy­mət­li əş­ya­lar top­la­yan və ya əsl məq­sə­di bu olan şəxs­lər lob­bi­çi ola­raq ad­lan­dı­rı­lır.


Ümu­miy­yət­lə, lob­bi­çi­lik növ­lə­ri­nə gö­rə iki ye­rə bö­lü­nür: Bir­ba­şa lob­bi­çi­lik; İc­ti­ma­iy­yət ara­sın­da təş­vi­qat apa­rı­la­raq qu­ru­lan lob­bi­çi­lik.


Eks­pert Cey­hum Mah­mu­dov bil­di­rir ki, ABŞ-da lob­bi­çi­lik­lə xu­su­si ma­raq­lı qrup­lar və et­nik di­as­po­ra təş­ki­lat­lan məş­ğul olur: "Et­nik di­as­por təş­ki­lat­la­rı ya öz­lə­ri bir­ba­şa ola­raq bu iş­lə məş­ğul olur, ya da ix­ti­sas­laş­dı­rıl­mış lob­bi şir­kət­lə­ri va­si­tə­si ilə öz fəa­liy­yət­lə­ri­ni hə­ya­ta ke­çi­rir­lər. Özəl lob­bi şir­kət­lə­ri çox ba­ha­lı ol­du­ğu üçün adə­tən et­nik biz­nes təş­ki­lat­la­rı bu işi öz­lə­ri hə­ya­ta ke­çir­mə­yə üs­tün­lük ve­rir­lər. Lob­bi­lər öz məq­səd­lə­ri­nə çat­maq üçün bir çox üsul­dan is­ti­fa­də edir­lər. Bu üsul­lar­dan üz-üzə gö­rüş­mə, konq­re­sin ko­mi­tə­lə­ri­nin ic­las­la­rın­da iş­ti­rak et­mə, mək­tub gön­dər­mə, ic­ti­ma­iy­yət­lə əla­qə­lər kam­pa­ni­ya­la­rı­nın ke­çi­ril­mə­si, lob­bi­lər ara­sı əmək­daş­lıq və koa­li­si­ya­lann qu­rul­ma­sı, na­mi­zə­din seç­ki kom­pa­ni­ya­sı­na pul yar­dı­mı gös­tə­ril­mə­si və s. da­xil­dir. Üz-üzə gö­rüş­mə ən tə­sir­li üsul­lar­dan bi­ri­dir. Bu za­man lob­bi­çi konq­re­sin üz­vü və ya baş­qa bir bü­rok­rat­la bir­ba­şa ün­siy­yə­tə ke­çir, ba­car­dı­ğı qə­dər tə­sir et­mə­yə ça­lı­şır. Bu üsul­dan is­ti­fa­də edər­kən lob­bi­çi­nin şəx­si key­fiy­yə­ti çox əhə­miy­yət­li rol oy­na­yır. Hər han­sı­sa bir se­çi­ci qru­pu­nun bir­ba­şa ola­raq əla­qə­dar şəx­sə mək­tub yaz­ma­sı çox tə­sir­li ola bi­lər. Adə­tən se­çi­ci­lər­dən ası­lı olan şəxs­lər bu məz­mun­da olan mək­tub­la­ra çox cid­di ya­na­şır­lar. Müm­kün qə­dər mək­tub­da gös­tə­ri­lən tə­lə­bi ye­ri­nə ye­tir­mə­yə çah­şır­lar. Lob­bi qrup­la­rı bə­zi xü­su­siy­yət­lə­ri­nə gö­rə bir-bi­rin­dən güc­lü və ya zə­if ola bi­lər­lər. Təc­rü­bə gös­tə­rir ki, ma­raq­lar üst-üs­tə düş­dü­yü za­man zə­if lob­bi­lər güc­lü lob­bi­lə­rin im­kan­la­rın­dan ge­niş is­ti­fa­də edir" (olay­lar.az).


Fəl­sə­fə elm­lə­ri dok­to­ru Za­ur Əli­yev qeyd edir ki, ha­zır­da Azər­bay­can güc­lü bir döv­lət ola­raq dün­ya­da öz sö­zü­nü de­mə­yə baş­la­yıb: "Ame­ri­ka və Av­ro­pa cə­miy­yə­ti ha­zır­da lob­bi­çi­lik fəa­liy­yə­tin­dən xü­su­si­lə ya­rar­la­nır­lar. Ən çox da ABŞ. Mə­sə­lən, öl­kə­miz haq­qın­da hər han­sı bir qa­nun qə­bul edi­lə, qət­na­mə çı­xa­rı­la bi­lər. Azər­bay­can bu ki­mi hal­lar­da qə­bul edi­lə­cək qə­ra­ra tə­sir edə bil­mir. La­kin bu­nun ək­si­nə ola­raq, er­mə­ni­lər güc­lü tə­sir im­kan­la­rı­na sa­hib­dir­lər. "Er­mə­ni soy­qı­rı­mı" mə­sə­lə­si­nin za­man-za­man Qər­bin ali məc­lis­lə­rin­də gün­də­mə gə­ti­ril­mə­si­nin şa­hi­di ol­mu­şuq. BMT-də Azər­bay­ca­nın tor­paq­la­rı­nın iş­ğal olun­ma­sı ilə bağ­lı 4 qət­na­mə qə­bul olu­nub. La­kin bu qət­na­mə­lə­rin ha­zır­kı sta­tus-kvo­nun də­yiş­mə­si­nə hər han­sı tə­si­ri hiss edil­mə­di. Əgər biz­də lob­bi­çi­lik mə­sə­lə­si həl­li­ni tap­say­dı, er­mə­ni­lə­rin hə­min qət­na­mə­lə­ri ic­ra et­mə­dik­lə­ri­ni dün­ya­nın diq­qə­ti­nə çat­dır­maq müm­kün olar­dı. Bu gün Av­ro­pa Məh­kə­mə­lə­ri er­mə­ni qaç­qın­la­rı­nın on­la­ra ün­van­la­dı­ğı şi­ka­yət­lə­rin bir ço­xu­nu təs­diq­lə­yir. La­kin azər­bay­can­lı qaç­qın­la­ra bu mü­na­si­bət yox­dur. Çün­ki bi­zim ora­da tə­sir im­kan­la­rı­mız çox az­dır. Han­sı ki, Azər­bay­can­da 1 mil­yon­dan çox qaç­qın, köç­kün var və bun­la­rın hü­quq­la­rı po­zu­lub. La­kin bu mə­sə­lə­ni qər­bin ali struk­tur­la­rın­da mü­za­ki­rə­yə çı­xa­ra bil­mi­rik. Bu­nun da sə­bə­bi bəl­li­dir - biz­lə­ri dəs­tək­lə­yən konq­res­men­lə­rin sa­yı az­dır. Əgər ABŞ-da Azər­bay­can lob­bi­çi­li­yi güc­lü ol­sa öl­kə­mi­zin iş­ğal fak­tı­nı, er­mə­ni­lə­rin biz­lə­rə qar­şı apar­dı­ğı kam­pa­ni­ya­la­rı əsas gə­ti­rə­rək is­tə­di­yi­miz nə­ti­cə­lə­ri əl­də edə bi­lə­rik. Si­ya­si məq­səd­lə­rə çat­maq üçün lob­bi­çi­lik ən yax­şı for­ma­dır".


Mil­li Məc­li­sin de­pu­ta­tı Asim Mol­la­za­də­nin fik­rin­cə, Azər­bay­can­da hə­lə də lob­bi­çi­lik ənə­nə­lə­ri for­ma­laş­ma­yıb: "İn­di­yə ki­mi biz­də qa­nun­ve­ri­ci­li­yin ol­ma­ma­sı­nın sə­bə­bi­ni ənə­nə­lə­rin yox­lu­ğu ilə izah et­mək olar. Mən be­lə dü­şü­nü­rəm ki, qa­nu­nun qə­bul edil­mə­si düz­gün və zə­ru­ri olar­dı. Qa­nu­ni haq­qı­mı­zı mü­da­fiə et­mək və şəf­faf­lı­ğın qo­run­ma­sı üçün lob­bi­çi­li­yin rəs­mi­ləş­di­ril­mə­si da­ha yax­şı olar­dı. Er­mə­ni tə­rə­fi­nin bu ki­mi prob­lem­lə­ri çox in­ki­şaf et­miş və mü­tə­şək­kil­lə­şib. Tə­əs­süf ki, biz hə­lə öz di­as­po­ru­muz­la öyü­nə bil­mi­rik. Er­mə­ni­lər məhz bu güc­lü tə­rəf­keş­lə­ri­nin sə­bə­bi­nə il­lər­di dün­ya­nı ya­lan­la­rı­na inan­dı­ra bi­lib­lər".


Mol­la­za­də de­yir ki, lob­bi­çi­lik yal­nız və yal­nız si­ya­si ma­raq­la­rın mü­da­fiə­sin­dən get­mir. Bü­töv­lük­də isə lob­bizm məq­sə­də çat­maq üçün tə­bii for­ma he­sab olu­nur. İs­tər hə­rə­kət for­ma­sın­da (müx­tə­lif ic­ti­mai bir­lik­lər, mə­sə­lən, sa­hib­kar­lar bir­li­yi, müx­tə­lif ko­mi­tə­lər və s.), is­tər­sə də pe­şə­kar fəa­liy­yət­də tə­za­hür edir. Öl­kə­nin və ya konk­ret şir­kət­lə­rin iq­ti­sa­di in­ki­şa­fı­na da lob­bizm tə­sir­siz ötüş­mür. Bu va­si­tə ilə öl­kə­nin da­xi­lin­də və xa­ri­cin­də pi­ar si­ya­sə­ti­ni güc­lən­dir­mək olar. Bu­nun üçün­sə türk və Azər­bay­can ic­ma­la­rı­nın da­ha yax­şı təş­ki­lat­lan­ma­ğı tə­ləb olu­nur.

Kor­rup­si­ya ilə lob­bi­çi­lik fəa­liy­yə­ti­ni ey­ni­ləş­dir­mək doğ­ru ol­maz. Be­lə mə­lum olur ki, bi­zim üçün xey­li əhə­miy­yət kəsb edən qa­nu­nun qə­bu­lu­na ma­ne olan ən əsas sə­bəb "An­ti­kor­rup­si­ya haq­qın­da" qa­nun­dur.


Hü­quq üz­rə fəl­sə­fə dok­to­ru Çin­giz Qə­ni­za­də də be­lə he­sab edir ki, kor­rup­si­ya ilə lob­bi­çi­lik fəa­liy­yə­ti­ni ey­ni­ləş­dir­mək doğ­ru ol­maz: "Lob­bi­çi­lik o de­yil ki, ki­mə­sə apa­rıb rüş­vət ve­rə­sən. Döv­lə­tin, mil­lə­tin ma­raq­la­rı­na uy­ğun ola­raq bey­nəl­xalq təd­bir­lə­rin təş­ki­li, xü­su­si qo­naq­lar­la mü­na­si­bət­lə­rin qu­rul­ma­sı üçün is­ti­fa­də edi­lən ma­liy­yə nə üçün kor­rup­si­ya he­sab edil­mə­li­dir? Döv­lət ma­ra­ğı­na əsa­sən is­ti­fa­də edi­lən ma­liy­yə­nin bu­ra ai­diy­yə­ti yox­dur. Mən inan­mı­ram ki, "An­ti­kor­rup­si­ya haq­qın­da" qa­nun lob­bi­çi­lik fəa­liy­yə­ti­nin rəs­mi­ləş­di­ril­mə­si­nə cid­di ma­ne ol­sun" (haf­ta.az).

Onun söz­lə­ri­nə gö­rə, lob­bi­çi­lik adı al­tın­da ke­çi­ri­lən bü­tün təd­bir­lər rəs­mi­ləş­di­ril­mə­li və qa­nu­na uy­ğun ol­ma­lı­dır. "Əl­bət­tə ki, sən bu ad al­tın­da ge­dib xü­su­si in­san­la­ra rüş­vət ve­rə bil­məz­sən. Be­lə hal­da bu pro­ses ic­ti­mai­lə­şir və bey­nəl­xalq qu­rum­lar da bu­na haq­lı eti­raz­la­rı­nı bil­di­rir­lər" de­yən de­pu­tat he­sab edir ki, hər bir təd­bir rəs­mi ol­ma­lı və o qə­dər də­qiq, sə­li­qə­li təş­kil edil­mə­li­dir ki, ne­qa­tiv hal­lar ol­ma­sın".

 

Rə­şid RƏ­ŞAD

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND