• AZN:
  • USD 1.7000
  • EUR 1.9649
  • RUB 0.0260
  • GBP 2.2393
  • TRY 0.2990
  • GEL 0.6355
  • Qızıl 2077
  • USD:
  • EUR 0.868
  • TRY 5.58
  • RUB 65.4
  • GBP 0.762
  • AED 3.67
  • Neft 80.26

Milyonların toplandığı idman - Azərbaycanda niyə qaydasız döyüşlər keçirilmir?

09.10.2018 13:13
40
Milyonların toplandığı idman - Azərbaycanda niyə qaydasız döyüşlər keçirilmir?

Son günlər dünyanın diqqət mərkəzində olan mövzulardan biri də sözsüz ki, Həbib Nurməhəmmədovla Konor Makqreqorun qaydasız döyüşdə ki qarşılaşması oldu. Dünyanın ən yaxşısı adı uğrunda üz-üzə gələn iki döyüşçünün qarşıdurması MMA ilə bağlı mövzunu yenidən qabartdı. Lakin qaydasız döyüşdə hər şey təkcə ekranda görününlərlə bitmir.


Əvvəlcə bu döyüş növü haqqında qısa məlumat:


UFC qarışıq döyüş növlərinin ilk beynəlxalq çempionat kimi 12 noyabr 1993-cü ildə yaradılmışdır. Çempionatın təşkilatçısı Deyna Ueytdir. Yarşlar ABŞ-ın Las-Veqas şəhərində keçirilir. Döyüşlər 8 künclü qəfəsdə keçirilir. Çempionatı hakimlər idarə edir, döyüş başlamışda hakim idmançılara qadağan olunmuş zərbələri və qadağan olunmuş yerlərə zərbə vurulmamağı başa salır və kənar şəxslər qəfəsdən xaric olduqdan sonra döyüşə başlamaq əmriin (fight) verir. Bu yarışlarda da qadağan olunmuş yerlərə zərbə vurmaq və xəsarət yetirmək olmaz, məsələn: gözə barma batırmaq, başın ənsə hissəsinə zərbə endirmək, onurğa sütununa zərbə endirmək və s. Yarışda qəfəsdə olan hakimdən başqa 3 hakim kənardan oyunun gedişinə diqqət edir.



MMA-ya pullar hardan gəlir?


UFC formatı dünyada ən çox pulların dövr etdiyi idman sahələrindən biridir. Hansı ki, burada döyüşçülərə verilən pullardan əlavə mərc qoyuluşları, sponsorluq xərcləri, televiziya yayım hüququndan gələn gəlir , reklam anlaşmaları və s. hər şey milyonlarla ölçülür. Başqa sözlə desək, ağlsasığmaz rəqəmlər gözə çarpır.


Adi bir fakt: UFC-nin “FOX TV” ilə yayım anlaşması bu il başa çatıb. ESPN kanalı ilə bağlanan 5 illik yeni müqavilənin dəyəri 1,5 milyard dollar idi.


UFC təşkilatçı qurum kimi bir qarşılaşmadan 500 milyon dollara yaxın gəlir götürə bilir. Təbii ki, söhbət dünya səviyyəsində tanınmış idmançıların qarşılaşmasından gedir. Bura Tele yayım haqqı, reklamlar, sponsorluqlar və bilet satışından əldə edilən pullar daxildir. Məsələn, Floyd Meyvezerlə Konor Makqreqorun döyüşü zamanı hər iki idmançının alacağı məbləğ ağlasığmaz idi. Meyvezer 100 milyon funt, Konor isə 100 milyon dollar qonorar almışdı.


MMA-nın Azərbaycandakı rəsmi nümayəndəsi Ş.Abbasov bu sahədə böyük pullar dönsə də, məbləğin hər idmançının imicinə və təşkilatçıya qazandırdığı pula görə müəyyənləşdiyini bildirir:


“Maliyyə məsələləri hər idmançıya görə dəyişir. Onlar döyüşləri təşkil edən şirkətlərlə müqavilə bağlayır. Hər idmançının kütlə arasındakı nüfuzuna görə, ona qonorar təyin olunur. Məsələn götürək, Konoru. O, MMA-nı dünyada tanıdıb elita səviyyəsinə çatdıran adamdır. Makqreqorun kütlə arasında nüfuzu çoxdur, buna görə də Konorun qonorarı çox yüksək olur. O, Məhəmməd Əli, Mayk Tayson səviyyəsində idmançıdır. Özü UFC yarışlarının baş sponsorlarındandır. O, uduzsa belə 10 milyon dollara yaxın qonorar alır. Amma baxın, Həbib Nurməhəmmədov qalib gəlməsinə baxmayaraq, cəmi 2 milyon dollar qazanacaq”.



Qaydasız döyüş Azərbaycanda


Şəhriyar Abbasov ölkədə bu sahənin inkişafı üçün çalışmış şəxslərdən biridir. O, qısa olaraq bu sahədəki fəaliyyəti və gördüyü işləri Femida.az-a danışıb:


“Özüm döyüşdüyüm vaxtlarda “Neftçi” adında komanda yaratdım. O vaxt bu döyüş növünü idman kimi tam qəbul etmirdilər. 2011-ci ildə bizim komandamız Ukraynada keçirilən yarışda 3-cü yeri tutduq. Hansı ki, o vaxt birinci yeri bu günlərdə UFC çempionu olan Həbib Nurməhəmmədovun çıxış etdiyi komanda tutmuşdu. Həmin yarışda bizi bir xalla kəsərək, yarımfinalda dayandırdılar. Mən apelyasiya şikayəti verdim. Təşkilatçı mənə yaxınlaşdı ki, biz bu yarış üçün çox xərc çəkmişik. Bizə yaxın komanda çempion olmalıdır.


Daha sonra AFC - “Azerbaijan Fight Club” (Azərbaycan Döyüş Klubu) yaratdım. Hazırda komandamız xaricdəki döyüşlərdə ölkəmizi təmsil edir. Məsələn, Nəriman Abbasov adlı döyüşçümüz Rusiyada çıxış edir. MMA üzrə dünyada üçüncü təşkilat sayılan RFN (Russian Fight Nifght) reytinqində ikinci yerdə gedir.


Bundan başqa təkidlərimizdən sonra “Qəbələ” klubunun tərkibində MMA sektoru açdılar. Daha sonra “TT Fight Club” yaratdıq və bunu ictiami birlik kimi qeydiyyatdan keçirdik”.



MMA Azərbaycanda niyə inkişaf etmir?


Təəssüflər olsun ki, Azərbaycanda bu sahənin az inkişaf etməsinin səbələrindən biri də MMA ilə məşğul olan idmançıların sosial durumudur. Yarışların keçirilməsi üçün maddi dəstək, sponsor lazımdır. Reallıq budur ki, idmançı müəyyən yaşa kimi idmanla məşğul olur, daha sonra düşünür ki, işləməliyəm, pul qazanmalıyam. Nəticədə məşqləri buraxır. İdman da elə bir şeydir ki, mütəmadi məşğul olmasan, ciddi yanaşmasan, effekt vermir. Elə vaxtilə uzun illər MMA ilə məşğul olmuş Xamis Məmmədov da bu fikirdə olan döyüşçülərdəndir. O dəstək olmadığına görə, artıq döyüşmədiyini, idmanı buraxıb, məşqçilik etməklə kifayətləndiyini bildirir:


“Azərbaycanda bu sahə yeni-yeni dirçəlməyə başlayıb. Biz o vaxt cəmi 500-1000 dollara döyüşürdük. O vaxt bəzi məqamlarda səhvlər etdim. Mənim əl zərbələrim çox güclü idi və hər döyüşçü mənimlə döyüşməyə cəsarət etmirdi. ABŞ-a gedib orada karyeramı böyütmək imkanım var idi. Lakin bəzi səhvlərə görə, bunu edə bilmədim. Sonra dizimdən zədə aldım, formadan düşdüm, dəstək olmadı, beləcə karyeram enişə keçdi. İndi müəllimliklə məşğulam, öz tələbələrim var, onları hazırlaşdırıram. Bəzi tələbələri hətta Dağıstana göndərirəm, orada hazırlaşırlar. İndi özüm döyüşmürəm, çünki formaya qayıtmaq üçün vaxt tələb olunur, yaşım da az deyil”.


 


X.Məmmədovla söhbət zamanı nəyə görə dağıstanlı gənclərin qaydasız döyüş növündə fərqləndiyini soruşduq. Cavabı belə oldu:


“Bu gün Dağıstandan ona görə bu sahədə güclü idmançılar çıxır ki, onlarda bu sahəyə çox önəm verilir. Sponsorlar maraq göstərir, pul ayırır. Orada məşq şəraiti də başqadır. Onlar gedib günlərlə dağda qalırlar. Orada təmiz havada, təbii şəraitdə məşq edirlər. Bizdə isə Bakıda, şəhər mühitində istənilən effekti almaq olmur. Amma azərbaycanlılar da genetik cəhətdən çox güclü olur. Müəyyən qədər şərait yaradılsa, ciddi uğurlar qazanmaq olar”.


Böyük kütlə marağı


MMA ilə bağlı daha bir maraqlı məqam isə son illərdə bu döyüşlərə həddindən artıq tamaşaçı kütləsinin olmasıdır. Kinq-boks üzrə dəfələrlə dünya çempionu olmuş, Kinq-boks federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov məsələ ilə bağlı femida.az-a danışıb. O, bildirib ki, əslində bu cür yarışlara insanların həmişə marağı olub:


“İnsanlar bu idmana baxarkən adrenalin yaşayırlar. Odur ki, bu tip döyüşlərə baxmaq üçün minlərlə dollar verib bilet alırlar. Bilirsiz, idman özü də bir siyasətdir. Özünüz gprdünüz, bir neçə gün öncə Makqreqor və Həbibin döyüşü dünya səviyyəsində marağa səbəb olmuşdu. Ötən il prezident məni təltif edəndə də bildirmişdi ki, idman artıq gündəlik həyatımıza çevrilib”.



Bakıda keçirilə bilərmi?


Güloğlan Cabbarov qaydasız döyüşlərin Bakıda keçirilməsi üçün artıq lazımi zəmin yarandığını söyləyib:


“Bakıda bu cür döyüşlərin keçirilməsi üçün əvvəllər yaxşı olmasa da, indi şərait yaxşılaşıb. Artıq Azərbaycanda da qaydasız döyüşlər keçirilməsinə ehtiyac var. Təbii ki, Gənclər və İdman Nazirliyinin icazəsi olmalıdır. Eləcə də qaydasız döyüşlər üçün də mütləq Nazirliyin icazəsi olmalıdır. Əks təqdirdə heç kim bu cür döyüşlər keçirə bilməz.


Ş.Abbasov isə bu tip döyüşlərinin keçitrilməsi böyük pullar və sponsorlara ehtiyac olduğunu bildirir:


“Dəfələrlə Gənclər və İdman Nazirliyi də daxil olmaqla müxtələif yerlərə müraciət etmişəm. Federasiya adı verilməsi üçün çox çalışmışam, amma verməyiblər. Bu sahəyə dəstək lazımdır. Qanuni cəhətdən bu cür yarışlara icazə verilir. MMA-nın iki variantı var: həvəskar və peşəkar. Həvəskarı federasiayalar təşkil edir. Amma peşəkar döyüşləri böyük təşkilatçılar təşkil etməlidir. Hansı ki, bunun üçün böyük maliyyə tələb olunur. Mən Rusiyada keçirilən “Fight Night” döyüşlərinin Bakıda da təşkil olunması üçün çox çalışdım. Nəriman Abbasovun burada döyüşməsi üçün təşkilatçı sponsorlar axtardım. Lakin yaxın duran olmadı. Çünki burada 20-30 min dollardan söhbət getmir, böyük pullar tələb olunur”.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND