Madonnanın uşaqları ilə bağlı paylaşımına hər kəs qəzəbləndi - QALMAQAL - FOTO

18.07.2019 12:38
173
Madonnanın uşaqları ilə bağlı paylaşımına hər kəs qəzəbləndi - QALMAQAL - FOTO

Müğənni Madonna şəxsi “Instagram” hesabının “hekayə” bölümündə qaradərili uşaqlarının fotolarını əcaib tərzdə paylaşdığı üçün izləyicilərin qəzəbinə tuş gəlib. 


Ekspress.az xəbər verir ki, ifaçının yayımladığı fotolarda onun Ester və Stella adlı əkizləri əks olunub.


Kadrda Madonnanın əlində qarpız dilimini tutması əks olunub. Lentə alınan fotolarda qarpızın dilimi vizual olaraq əkizlərin ətəyi kimi görünüb.


“Twitter” sosial şəbəkəsində paylaşılan bu fotolar müğənninin izləyicilərini özündən çıxarıb. Onlar Madonnanın bu addımını irqi ayrıseçkiliyin təzahürü olaraq qəbul ediblər.


Məsələ ondadır ki, qaradərili insanların qarpız yeməyi çox sevməsi ilə bağlı stereotiplər mövcuddur (oxu.az).


Посмотреть изображение в Твиттере


Посмотреть изображение в Твиттере


Ekspress.az