İqor Dodon Azərbaycan prezidentini Moldovaya səfərə dəvət edib

14.03.2019 15:22
87
İqor Dodon Azərbaycan prezidentini Moldovaya səfərə dəvət edib


Azərbaycan və Moldova arasında iqtisadi və diplomatik sahələrdə yüksək səviyyəli əməkdaşlıq mövcuddur.


Bu barədə jurnalistlərə açıqlamasında Moldova prezidenti İqor Dodon bildirib.


İ. Dodon deyib ki, beynəlxalq platformalarda hər iki ölkə bir-birinə dəstək nümayiş etdirir:


"Ümid edirəm ki, gələn aylarda Moldovada hökumət formalaşacaq. Moldovada hökumət formalaşan kimi hökumətlərarası komissiyanın iclasının keçirilməsi planlaşdırılır. Mən görüş əsnasında prezident İlham Əliyevi Moldovaya dəvət etdim (ONA). Bu səfər ilin ikinci yarısında ola bilər. Ola bilsin ki, komissiyanın iclası da prezident İlham Əliyevin Moldovaya planlaşdırılan səfəri çərçivəsində baş tutsun". 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND