Türkiyədə terror hazırlığında olan dəstə tutuldu


14.02.2019 15:15
211
Türkiyədə terror hazırlığında olan dəstə tutuldu

Türkiyənin Adana şəhərində daha bir PKK terrorunun qarşısı alınıb.


Ekspress.az xəbər verir ki, təhlükəsizlik qüvvələrinin keçirdiyi antiterror əməliyyatı nəticəsində 24 nəfər şübhəli qismində saxlanılıb. Həbs edilənlərin terror hazırlığında olduğu bildirilir.


Mersin və Konyada isə sosial şəbəkələrdə PKK terror təşkilatını təbliğ və terrorçu fəaliyyət üçün açıq çağırışlar etdiklərinə görə 14 nəfər həbs olunub. (Azərtac)

Bundan başqa, Şırnakın Cudi dağı bölgəsində PKK terror təşkilatına məxsus geniş düşərgə aşkarlanıb. Ələ keçirilən mağaralarda çoxlu sayda silah, sursat və ləvazimat tapılıb.


Açar sözlər: