Nigeriyada 10 türk dənizçi girov götürüldü

16.07.2019 19:21
158
Nigeriyada 10 türk dənizçi girov götürüldü

Nigeriya sahillərində içərisində 18 Türkiyə vətəndaşının olduğu gəmiyə hücum edilib, 10 dənizçi girov götürülüb. 


Ekspress.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Türkiyə bayrağı alıtnda üzən “Paksoy-I” yükdaşıma gəmisində baş verib.


Hələlik dənizçilər və onları girov götürənlərin kimliyi barədə məlumat yoxdur (unikal.org).


Ekspress.az