Ana 8 aylıq körpəsini dayənin yanına atıb qaçdı - FOTOLAR


11.06.2019 14:55
56
Ana 8 aylıq körpəsini dayənin yanına atıb qaçdı - FOTOLAR

Azərbaycanda ana 8 aylıq körpəsini dayənin yanına atıb qaçıb.


Ekspress.az xəbər verir ki, bunu ATV-də yayımlanan, Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Bizimləsən" verilişinə müraciət edən dayə Ofeliya bildirib.


Aparıcı bildirib ki, 22 yaşlı Lamiyə 8 aylıq körpəsini dayənin üzərinə atıb qaçıb: "Dayə qardaşına yazır ki, gəlib uşağı aparın. O isə bildirir ki, uşağı uşaq evinə aparıb yerləşdirin. Lamiyənin anası və atası efirə gəldi. Efirə gələndə atasının cibində bıçaq var idi. Aşağıdan almışdılar. Anasının ürəyi getdi. Onu yerləşdirdilər xəstəxanaya. Lamiyə 12 yaşından küçələrdədir (big.az). Lamiyə uşağı apardıqdan sonra yenidən gətirib Ofeliya xanımın üzərinə atılır. 2 aydır ki, yenidən Lamiyə yoxa çıxır. Ofeliya xanımı efirə çıxandan sonra əsəbi halda gəlib uşağı aparır. Ağsudan bizə zəng ediblər ki, biz pivə satırıq. Lamiyə bizdən pivə alıb içir. O, qız həyatını beləcə davam edir. Uşaq kimdə qalmalıdır. Hazırda Lamiyə uşağı da götürüb hara aprdığı bəlli deyil. Biz onu sığıncağa yerləşdirmişdik. Dedilər ki, Lamiyə orada uşağı döyür, baxmaq istəmir".


Azərbaycanda ana 8 aylıq körpəsini dayənin yanına atıb qaçdı - FOTOLAR


Azərbaycanda ana 8 aylıq körpəsini dayənin yanına atıb qaçdı - FOTOLAR


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND