Bağlanmış banklarda dollar kreditlərinin restrukturizasiyasına başlanılır

27.05.2019 14:20
104
Bağlanmış banklarda dollar kreditlərinin restrukturizasiyasına başlanılır

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu banklardan vaxtilə ABŞ dollarında kredit götürmüş şəxslərə müraciət edib.


Müraciətdə bildirilir:


“Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrasını təmin etmək məqsədilə Fond bağlanmış banklarda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələrinin qəbuluna başlayıb. Müştərilər ləğv prosesində olan “Dəmir Bank” ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 31 ünvanında yerləşən "Əməliyyat idarəsi"nə müraciət edə bilərlər".


Ekspress.az

  • SON XƏBƏR
  • TREND