Bakının “Abad məhəllə”lərində idman yarışlarına start verildi - FOTOLAR

06.12.2018 11:20
60
Bakının “Abad məhəllə”lərində idman yarışlarına start verildi - FOTOLAR

Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən ölkəmizin hər bir guşəsində, o cümlədən paytaxt Bakının bütün rayonlarında, qəsəbə və yaşayış sahələrində geniş miqyaslı abadlıq və quruculuq işləri aparılır, nümunəvi yeni abad məhəllələr salınır. «ABAD məhəllə» layihəsi çərçivəsində abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilir, məhəllələrdə futbol, basketbol meydançaları və digər idman qurğuları da quraşdırılaraq əhalinin, xüsusən yeniyetmə və gənclərin istifadəsinə verilir.


Artıq bir neçə gündür ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən «ABAD məhəllə» layihəsi çərçivəsində paytaxt rayonlarının ərazilərində yeni yaradılmış abad həyətlərdə məhəllələrarası futbol və şahmat yarışlarının təşkili və keçirilməsinə başlanıb.


Yeni salınmış məhəllələrdə mini-futbol və şahmat turnirləri şərçivəsində ilk yarışa Nizami rayonunda start verilib. Nizami rayon bələdiyyəsinin mini-futbol meydançasında start götürən turnirin rəsmi açılış mərasimində Nizami Rayon İcra Hakimiyyəti Başçısının müavini Gülnaz İsrafilova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Nizami rayon Gənclər və İdman İdarəsinin rəisi Ziyad Əzizov və digər rəsmi şəxslər iştirak etmiş, yarış iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıblar.


Sonra ilk oyun keçirilib. Turnir çərçivəsində eyni gündə Yasamal və Nərimanov rayonlarında 2 həyətdə şahmat yarışlarına, Xəzər rayonunda isə mini futbol yarışına başlanıb.


  Paytaxtın rayonlarında yeni istifadəyə verilmiş «ABAD məhəllələrdə» Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və paytaxtın rayon Gənclər və İdman İdarələrinin təşkilatşılığı ilə keşirilən   mini-futbol və şahmat üzrə turnirlər 2 mərhələdə – rayondaxili və şəhər final mərhələsi üzrə keçiriləcək. Ümumilikdə hər iki mərhələ üzrə keçiriləcək mini-futbol yarışlarında 130 komanda tərkibində 1300 nəfər, şahmat yarışlarında 200 nəfər yeniyetmənin (ümumilikdə 1500 nəfər) iştirakı nəzərdə tutulub.


 Həyət sakinləri bu yarışları böyük maraqla izləyirlər.


Murad MƏMMƏDLİ

  • SON XƏBƏR
  • TREND