Bu ölkədə avtomobil nömrələrinə "smaylik" qoyulacaq - ŞOK

24.02.2019 10:11
206
Bu ölkədə avtomobil nömrələrinə "smaylik" qoyulacaq - ŞOK

Artıq martın 1-dən Avstraliyanın Kvinslend ştatının sakinləri öz avtomobillərinin nömrə nişanlarına "smaylik" işarələrini əlavə edə biləcəklər.


Bu haqda Ekspress.az "Kommersant.ru"ya istinadən xəbər verir. "Personalised Plates Queensland" (PPQ) dövlət şirkətinin bildirdiyinə görə, köhnə nömrənin dəyişikliyi üçün yenilik ştat sakinlərinə 85 dollara başa gələcək. Yeni qeydiyyat nişanları üçün bu rəqəm 475 dollar təşkil edəcək.


Yeni avtomobil nömrələrində "smaylik"lərin yalnız beş növünə icazə verilib: gülümsəyən, gülməkdən gözləri yaşaran, göz vuran, aşiq olan və gün eynəkləri olan emosiya işarələri.


Nömrədə yalnız bir "smaylik" işarəsini qoymaq olar və bunun dizaynı onlayn olaraq sifariş olunacaq.


Daha əvvəl PPQ dövlət şirkəti avtomobil sevərlərə hansısa loqotipləri əlavə etməyə icazə vermişdir. Məsələn, şəxslər öz şirkətinin və ya təhsil aldıqları universitetin loqosunu nömrəyə əlavə edirdi.


Ölçüsünə gəldikdə, zövqə uyğun nömrələri Avropa və ya Amerika sayağı hazırlamaq olar. Qiymət sifariş olunan dizayna uyğun fərqlənə bilər. Eləcə də, PPQ dövlət şirkəti istənilən yazı həkk olunmuş hədiyyəli avtomobil nömrələri də hazırlayır, lakin belə nömrələri rəsmi olaraq avtomobillərdə istifadə etmək olmaz.


Aynurə Məmmədova


Ekspress.az

  • SON XƏBƏR
  • TREND