Azərbaycanda mətbuatın sərbəst fəaliyyəti üçün heç bir maneə yoxdur - Əli Əhmədov

Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunur.
Ekspress.az -ın məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, ölkədə mətbuatın sərbəst fəaliyyəti üçün heç bir maneə yoxdur:
"Bu gün sosial şəbəkələr də informasiya vasitəsinə çevrilib. Bu informasiyanın operativ çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. Lakin bu zaman məsuliyyət məsələsi meydana çıxır. Belə ki, doğru xəbərlərlə yanaşı, yanlış informasiyalar da bu vasitə ilə yayılır. Sosial şəbəkələrdə sui-istifadə hallarına da rast gəlinir. Bu isə cəmiyyətdə çaşqınlıq, narahatlıq yarada bilər".
Əli Əhmədov əmin olduğunu bildirib ki, zaman keçdikcə bu problem də aradan qalxacaq:
"Azərbaycan cəmiyyəti inkişaf edir, müasirləşir, təkmilləşir. Bu inkişafa mətbuatı da daxil etmək olar. İnsanların həyat tərzinin daha da yaxşılaşdırılması ilə bağlı müxtəlif tədbirlər görülür. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən son zamanlar verilən sərəncamlar xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar mətbuatımızın diqqət mərkəzindədir" (Trend).
Ekspress.az
-
-
22.10 09:55
Ermənistan atəşkəs rejimini 20 dəfə pozub
-
21.10 16:05
Əli Kərimli özünə və iki polis əməkdaşına xəsarət yetirib
-
21.10 13:37
Əli Əhmədov: "Qanunsuz aksiyanı təşkil edənlər kimlərsə tərəfindən idarə olunur"
-
21.10 11:21
Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək
-
21.10 09:17
Müstəqillik Günü münasibətilə konsert olub
-
19.10 11:45
Pakistan: "Dağlıq Qarabağ məsələsində Azərbaycanı daima dəstəkləyirik"
-
19.10 10:00
Cəbhədə bu gecə də silahlar SUSMADI
-
18.10 16:11
Milli Məclisin növbəti iclasının vaxtı bilindi
-
17.10 15:57
DİN və Baş Prokurorluqdan mitinq təşkilatçılarına - XƏBƏRDARLIQ
-
16.10 11:26
Həmsədrlər Dağlıq Qarabağa gəliblər
-
15.10 13:34
"Türk Şurasının qurumlarını dəstəkləməliyik" - Ərdoğan
-
15.10 13:27
Rusiya parlamentinə Qarabağa qanunsuz səfərlə bağlı sorğu göndərilib
-
14.10 12:47
Nazir polis mayoruna vəzifə verdi
-
14.10 09:57
Atəşkəs rejimi 22 dəfə pozulub
-
14.10 09:43
İran-Azərbaycan sərhədində İNSİDENT: Sərhədçi bıçaqlandı
-
12.10 15:00
Ermənistanın müdafiə naziri Qarabağa gəlib
-
12.10 12:18
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
-
12.10 11:46
İlham Əliyev Nikol Paşinyanla Qarabağ məsələsini müzakirə ETDİ
-
11.10 17:00
Putin İlham Əliyevi Aİ toplantısına dəvət etdi
-
11.10 16:00
Lukaşenkodan Qarabağ təklifi: Həll edək!
-
-