Prezidentdən mühüm SƏRƏNCAM - 2 milyon manat ayırdı

12.09.2019 18:04
81
Prezidentdən mühüm SƏRƏNCAM - 2 milyon manat ayırdı

Prezident İlham Əliyev sentyabrın 12-də “Şamaxı rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.


Ekspress.az azərtac -a istinadən xəbər verir ki, Sərəncama əsasən, baş vermiş zəlzələ nəticəsində Şamaxı rayonunda yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND