• 6 °C Bakı
  • -2 °C Quba
  • 6 °C Gəncə
  • 6 °C Yevlax
  • 4 °C Naxçıvan

157 nəfərin olduğu təyyarə QƏZAYA UĞRADI -Yeniləndi


11.03.2019 11:21
47
157 nəfərin olduğu təyyarə QƏZAYA UĞRADI -Yeniləndi

Xəbər verdiyimiz kimi ötən gün Efiopiyada dəhşətli təyyarə qəzası baş verib. 

 

Ekspress.az xəbər verir ki, təyyarədə olan 149 sərnişin və 8 heyət üzvü həlak olub. Verilən məlumata görə, ölənlərdən 19-u BMT əməkdaşı olub.

Ölkə ərazisində 11 mart matəm günü elan edilib.


***

Efiopiyada dəhşətli təyyarə qəzası baş verib.

 

Primetime.az xarici KİV-ə istinadən xəbər verir ki, qəzaya düşən “Ethiopian Airlines” aviaşirkətinə məxsus “Boeing 737” tipli sərnişin təyyarəsidir.

 

Bildirilir ki, Keniyanın paytaxtı Nayrobiyə uçan və Efiopiyanın Debre-Zeyt şəhərində yerə çırpılan hava gəmisinin göyərtəsində 157 nəfər olub. Onlardan 8-i isə heyət üzvüdür. Qəzada ölənlərin olduğu deyilir.

 

Hadisə ilə bağlı açıqlama verən Efiopiya baş naziri Abiy Əhməd Əli qəzada yaxınlarını itirmiş ailələrə dərin hüznlə başsağlığı verib.

 

Hadisənin səbəbləri araşdırılır, əraziyə fövqəladə hallar xidmətinin əməkdaşları cəlb olunub. Təyyarədə sağ qalanın olmadığı deyilir.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND