Sabah hava dəyişkən buludlu olacaq

12.02.2019 13:31
30
Sabah hava dəyişkən buludlu olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.


Ekspress.az Nazirliyə istinadən xəbər verir ki, səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3, gündüz 6-9, Bakıda gecə 1-3, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.


Azərbaycanın rayonlarında fevralın 13-də hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 2-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND