ABŞ İrana qarşı yeni sanksiyaların tətbiqini təxirə salıb

02.06.2019 12:57
151
ABŞ İrana qarşı yeni sanksiyaların tətbiqini təxirə salıb

ABŞ prezidenti Donald Tramp İranın neft-kimya sektoruna qarşı yeni və daha sərt sanksiyaların tətbiqini təxirə salıb.


Bu barədə “Wall Street Journal” nəşri vəziyyətdən agah olan mənbələrə istinadla məlumat yayıb.


ABŞ-ın Maliyyə Nazirliyi may ayının ortalarında İrana qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırırdı. Birləşmiş Ərəb Əmirlikləri sahillərində tankerlərə hücumla bağlı Tehran və Vaşinqtonun qarşılıqlı ittihamlarından sonra strategiya dəyişib. Lakin Amerika tərəfi gələcəkdə yeni məhdudiyyət tədbirlərinin tətbiqindən tam imtina etməyib.


Mahiyyət etibarilə artıq İranın neft-kimya sektoruna qarşı bir neçə sanksiya fəaliyyət göstərir (fins.az). O cümlədən İrana neft-kimya məhsullarının, o cümlədən ammonyak, metanol və karbamid satışı qadağan edilib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND