Madaqaskarda 61 nəfər tısbağa əti yeyib, onlardan 4-ü ölüb

17.05.2019 22:25
73
Madaqaskarda 61 nəfər tısbağa əti yeyib, onlardan 4-ü ölüb

Madaqaskarın qərbində 61 nəfər tısbağa ətindən zəhərlənib, onlardan 4-ü dünyasını dəyişib.


Bu barədə yerli jandarmeriya məlumat yayıb.


Ölənlər arasında iki bir yaşına qədər uşaq və iki yaşlı insan var.


"Qida kimi istifadə olunan dəniz tısbağası nəsli tükənməkdə olan qorunan növdür", - deyə məlumatda bildirilir (report).


Tısbağa ətini satan balıqçı saxlanılıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND