Şirvanda toyda zəhərlənmə - ADLARI - VİDEO - YENİLƏNİB


20.07.2019 09:27
208
Şirvanda toyda zəhərlənmə - ADLARI - VİDEO - YENİLƏNİB

Şirvan şəhərində toy mərasimi zamanı zəhərlənən şəxslərin bəzilərinin adları məlum olub.


Ekspress.az xəbər verir ki, hadisə zamanı Hacıqabul rayon sakinləri - 1968-ci il təvəllüdlü Seyidsəkinə Miryaqub qızı Dostəliyeva, 1957-ci il təvəllüdlü Züleyxa Ağaməmməd qızı Həsənova, 1961-ci il təvəllüdlü Fəridə Əsəd qızı Şıxəliyeva, Şirvan şəhər sakinləri - 1964-cü il təvəllüdlü Arzu Bəhlul qızı Süleymanova, 1977-ci il təvəllüdlü Aynurə Asif qızı Ağayeva zəhərləniblər.


***

Video əlavə olunub


***

Şirvanda toy mərasimi zamanı zəhərlənənlərin sayı 16 nəfərə çatıb.

“Report” Dağlıq Şirvan bürosu xəbər verir ki, zərərçəkmişlər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Onlardan 12-si qadın, 4 nəfəri isə kişidir.


***


Şirvan şəhərində yerləşən "Yeganə" şadlıq sarayında kütləvi zəhərlənmə olub.


Zəhərlənməyə toy mərasimi zamanı istifadə edilmiş tüstü yayan pirotexniki vasitə səbəb olub.


Nəticədə 10 nəfərdən çox xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.



Ekspress.az

  • SON XƏBƏR
  • TREND