ABŞ və Cənubi Koreya prezidentləri arasında görüşün tarixi açıqlanıb


29.03.2019 09:28
130
ABŞ və Cənubi Koreya prezidentləri arasında görüşün tarixi açıqlanıb

Koreya Respublikasının prezidenti Mun Çje İn 10-11 aprel tarixlərində Vaşinqtonda ABŞ prezidenti Donald Tramp ilə görüşməyi planlaşdırır.


Ekspress.az xəbər verir ki, bu barədə Mavi Evin (Koreya Respublikasının prezidentinin rəsmi iqamətgahı) bəyanatında deyilir.


"Liderlər hərtərəfli danışıqlar aparacaqlar və Vaşinqton və Seul arasında alyansın möhkəmləndirilməsi yollarını və tam denuklearizasiyası yolu ilə Koreya yarımadasında sülhün bərqərar olması üzrə mövqelərin əlaqələndirilməsini müzakirə edəcəklər", - bəyanatda deyilir (report).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND