Əlverişsiz hava şəraiti ilə əlaqədar Moskvada 17 aviareys ləğv edilib

22.03.2019 12:25
67
Əlverişsiz hava şəraiti ilə əlaqədar Moskvada 17 aviareys ləğv edilib

Moskvada əlverişsiz hava şəraiti "Şeremetyevo" beynəlxalq hava limanında uçuşların ləğvinə və ya ləngiməsinə səbəb olub. 


Rusiyanın “Aeroflot” dövlət şirkəti cəmi 14 daxili və beynəlxalq reysini ləğv edib (report).


Daha 17 uçuşun, o cümlədən Bakıdan gələn reysin vaxtı daha sonraya təxirə salınıb.


Qeyd edək ki, martın 22-si üçün Moskva şəhərində yağış və sulu qar yağacağı, küləyin arabir 12-17 m/s sürətinə çatacağı barədə proqnoz verilmişdi.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND