Bu ilin fevralında problemli kreditlər yenidən artıb

08.04.2019 17:32
126
Bu ilin fevralında problemli kreditlər yenidən artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il martın 1-nə 1,5747 milyard manat təşkil edib.


Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bu, fevralın 1-i ilə müqayisədə 0,3 faiz, yanvarın 1-nə nisbətən 0,65 faiz, ötən il martın 1-i ilə müqayisədə 7,4 faiz azdır. 

Fevralın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 12,1 faiz təşkil edib. Bu nisbət yanvarın sonuna və ötən ilin sonuna 12,2 faiz, ötən ilin fevralın sonuna isə 14,7 faiz olub. 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND