"Çelsi" səfərdə darmadağın oldu - FOTO

11.02.2019 00:30
179
"Çelsi" səfərdə darmadağın oldu - FOTO

İngiltərə Premyer Liqasında 26-cı turun mərkəzi oyunu keçirilib.


Ekspress.az xəbər verir ki, "Mançester Siti" öz meydanında "Çelsi"ni qəbul edib. Matç "şəhərlilər"in 6-0 hesablı darmadağını ilə başa çatıb. Oyunun ilk hissəsində X.Qvardiolanın komandası "zadəganlar"ın qapısından 4 top keçirib. Erkən qolu 4-cü dəqiqədə Rahem Sterlinq vurub. 13 və 19-cu dəqiqələrdə "Mançester Siti"nin argentinalı hücumçusu S.Aquera "Çelsi" azarkeşlərini məyus edib. 25-ci dəqiqədə Türk futbolçu İlkay Gündoğan komandasının 4-cü qolunu vurub.

Oyunun ikinci hissəsində "Çelsi" qapısında daha iki qol görüb. 56-cı dəqiqədə S.Aquera özünün 3-cü, komandasının 5-ci qolunu vurub. Oyunda son nöqtəni R.Sterlinq qoyub - 6-0.


Qeyd edək ki, bu qələbə sayəsində "Mançester Siti" xallarını 65-ə çatdıraraq turnir cədvəlində eyni xala malik olan "Liverpul"la birinci-ikinci yeri bölüşür. "Çelsi" isə 50 xalla altıncı pillədə qərarlaşıb.

  • SON XƏBƏR
  • TREND