Meksika prezidenti də Davosdan imtina etdi

16.01.2019 01:35
120
Meksika prezidenti də Davosdan imtina etdi


Meksika prezidenti Andres Manuel Lopes Obrador Davos Dünya İqtisadi Forumunda iştirak etməyəcək.


Ekspress.az "Trend"ə istinadla xəbər verir ki, bu barədə Meksika prezidenti mətbuat konfransı zamanı deyib.


A.Obrador qeyd edib ki, Mexikoda və ölkəsində işini dayandıra bilməz.


Gözlənilir ki, Meksika prezidentinin əvəzinə İsveçrəyə maliyyə nazirliyinin nümayəndələri gedəcək.


Davos Dünya İqtisadi Forumu 22-25 yanvar tarixlərində keçiriləcək.


Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Davos Dünya İqtisadi Forumunda iştirak etməkdən imtina edib.

  • SON XƏBƏR
  • TREND