"Bizim rəqiblərimiz artıq inkişaf etmiş ölkələrdir" - deputat

15.03.2019 17:33
197
"Bizim rəqiblərimiz artıq inkişaf etmiş ölkələrdir" - deputat

“Azərbaycanın iqtisadi rəqabət qabilliyyətini artırmaq və xarici bazarlarda müqayisəli üstünlüyə nail olmaq üçün ölkədə əmək məhsuldarlığının xeyli artırılmasına ehtiyac var”.


Ekspress.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Tahir Mirkişili deyib.


Onun sözlərinə görə, nəzərə alsaq ki, bizim rəqiblərimiz artıq inkişaf etmiş ölkələrdir, onda bu sahədə ciddi irəliləyişin əldə edilməsi çox vacibdir:


“Bu məqsədlə ayrıca əmək məhsuldarılığı və əmək haqqı bağlılığını özündə ehtiva edən dövlət proqramının qəbul eilməsi ölkədə iqtisadi inkişafı daha da sürətləndirə bilər.

Ölkədə yaradılmış iri təsərrüfatlarda əldə edilmiş yüksək məhsudarlıq buna sübutdur”.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND