Çarpayıdan yıxılan körpə ağır xəsarət aldı

31.03.2019 09:04
215
Çarpayıdan yıxılan körpə ağır xəsarət aldı

Sumqayıtda 3 yaşlı qız çarpayıdan yıxılaraq ağır xəsarət alıb. 


Ekspress.az xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 2015-ci il təvəllüdlü Məmmədquliyeva Müjgan Fərhad qızı yaşadığı 17-ci mk, ev 47 mənzil 4-də çarpayıdan yıxılıb. Bu zaman azyaşlının bir qolu sınıb.


Qeyd edək ki, yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.


Ekspress.az